Arxiv
17 Oktyabr 2018, 17:19 | AKTUAL
Binəqədidə Müstəqillik günü qeyd olundu

17 Oktyabr 2018-ci il tarixində Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi,  Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor, tarix elmləri doktoru Musa Quluzadə, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, ziyalılar, YAP fəalları və gənclər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Himni ilə başlandı. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri açıq elan edərək giriş nitqi ilə çıxış etdi. Aygün Əliyeva ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndiyini bildirdi. O, Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım tempinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını qeyd etdi. Natiq regionda heç bir irimiqyaslı layihənin Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmədiyini bildirdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçdiyini qeyd etdi. Natiq XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətinin də məhz müstəqil Azərbaycan dövlətinin yaradılması olduğunu bildirdi.

Növbəti çıxış edən Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qeyd etdi ki, müstəqilliyimizin bərpasının 27 ili ərzində ayrı-ayrı sahələrdə, o cümlədən gənclər və idman sahəsində böyük uğurlar əldə edilib. Elvin Aslanov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Bakı şəhəri və bölgələrdə müxtəlif təyinatlı idman mərkəzlərinin tikilməsindən, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən bəhs etdi.

Çıxışlar bitdikdən sonra 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyununda qalib gəlmiş komandaların təltif edilməsi mərasimi baş tutdu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13