Modern.az

Kürdlər azərbaycanlıların oxuduğu universitetdə 4 nəfəri öldürdülər

Kürdlər azərbaycanlıların oxuduğu universitetdə 4 nəfəri öldürdülər

Təhsil

21 Oktyabr 2011, 18:16

PKK-nın Türkiyədə terroru genişləndirməsi, xainlərin törətdiyi son hadisə nəticəsində 26 türk əsgərinin şəhid olması, 22 əsgərin yaralanması Şimali Kipr Türk Cümhuriyyətində də hiddətlərə səbəb olub.

Modern.az saytının məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyətindəki Yakın Doğu Universitetinin rəhbərliyi də son hadisələri pisləyən bəyanatla çıxış edib.
Bu bəyanat Şimali Kiprdəki kürdlərin etirazına səbəb olub. Məlumata görə, Yakın Doğu Universitetinin kürd tələbələri bu təhsil ocağında oxuyan türk tələbələrə hücum ediblər. Hadisə nəticəsində 4 türk tələbəsinin öldürüldüyü bildirilir.

Qeyd edək ki, Yakın Doğu Universitetində 400-dək azərbaycanlı tələbə də təhsil alır. Məlumatı da saytımıza azərbaycanlı tələbələr veriblər. Onlar bildiriblər ki, ki, soydaşlarımızın da həyatına təhlükə yaranaıb. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?