Arxiv
30 Oktyabr 2018, 09:08 | ƏDƏBİYYAT
“Yaxın zamanlarda Azərbaycan filmləri Hollivud filmləri ilə ayaqlaşa biləcək” - MÜSAHİBƏ  

Modern.az saytında “Art Time” rubrikasına davam edirik. Bu rubrika mədəniyyət və incəsənət sahəsini əhatə edir. Bu dəfə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva ilə müsahibəni təqdim edirik.

- Leyli xanım, Azərbaycan kinosevərləri və bu sahədə çalışan insanlar müəyyən qədər sizi tanıyırlar. Tanımayanlar üçün özünüzü təqdim edərdiniz..

- Mən Leyli Mirzəyeva Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşam. Atam Şamil Mirzəyev- uzun müddət “Azərbaycanfilm” Kinostudiyasında operator işləyib. Anam isə musiqi müəlliməsidir. Ailəmizin yeganə övladı mənəm. Beş ildən çoxdur ki, Nizami Kino Mərkəzində çalışıram. Ondan öncə digər qurumlarda işləmişəm. “Kainat” tədris mərkəzi mənim ilk iş yerim olub. Daha sonra “İrəli” İctimai Birliyində çalışmışam. İlk dəfə Nizami Kino Mərkəzində Marketinq şöbəsinin müdiri kimi işə başlamışam. Daha sonra direktor müavini olmuşam. Artıq iki il yarımdır ki, direktor vəzifəsində çalışıram.


- Sizi Nizami Kino Mərkəzində işləməyə gətirən başlıca səbəb nə idi? Maddiyyatla bağlı idi, yoxsa özünüz karyeranızda dəyişiklik etmək istədiniz?

- Marketinq işi mənə çox maraqlı idi. Buradakı iş çox fərqlidir. İnsana öz kreativ bacarıqlarını inkişaf etdirmək üçün imkanlar verir. Bura təbii ki, mənim karyeramda inkişafım üçün önəmli bir iş yeri idi.

- Kino sahəsində çalışırsız, filmlərlə işləyirsiz. Kino qadın üçün müəyyən qədər çətin sahədir. Burada çalışmaq bir qadın kimi sizə çətin olmur ki?

- Təbii ki, çətinliklər var. Kinoteatrımız 14 saat fəaliyyət göstərir. İş qrafikimə baxanda əlbəttə ki, bir qadın üçün çətindir, amma işimin müsbət tərəfləri də çoxdur. İş maraqlı olduğu üçün işləməyə də dəyər.

- Nizami Kino Mərkəzinin strukturu haqqında ümumi məlumat verərdiniz?

Üç kino zalımız var: Əlli, səksən və yüz nəfərlik. Restoran sahəmiz var. Ortalamada 30-40 işçi var ki, daim Nizami Kino Mərkəzində çalışır. Bəzi işçilər var ki, müddətli olaraq müqavilə əsaında işə götürülür.

- Həyatda və işdəki prinsipləriniz nədir?

- İlk prinsipim o olub ki, nə iş görürəmsə işimin yekunu uğurla başa çatmalıdır. İşimin nəticəsi həmişə göz qabağında olur. Mənim istənilən bir səhvim, Nizami Kino Mərkəzinin səhvi kimi qəbul oluna bilər. Bu iş mənim üçün böyük məsuliyyətdir. Atdığım hər bir addım Nizami Kino Mərkəzinin adınadır və onun imicinə hansısa zərər gələrsə, bu böyük bir problem olar.


- Beş ildir Nizami Kino Mərkəzində çalışırsız. Beş ildə Nizami Kino Mərkəzində hansı dəyişikliklər baş verib?

- 2012-ci ildə kinoteatr təmir olundu. 2013-cü ildə isə Nizami Kino Mərkəzinə Vüqar Zeynalov direktor təyin olundu və bundan sonra burada böyük dəyişikliklər baş verdi. Bu Kino Mərkəzinə Vüqar müəllim ikinci bir nəfəs verdi. İlk dəfə olaraq,  Azərbaycanda Qala gecələri keçirməyə başladıq. O vaxta qədər Azərbaycanda olan heç bir kinoteatr bunu etməmişdi. Xaricdə istehsal olunan filmlər öz aktyorları ilə birlikdə Azərbaycana gəlirdi. O zaman bəzi tamaşaçılar anlamırdılar ki, Qala gecəsi necə olur. Vüqar müəllim bu strategiyanın bünövrəsini qoymuş bir insandır. Mənim indi ən vacib işim odur ki, bu strategiyanı düzgün davam etdirim.

- Hansı kino janrlarına üstünlük verirsiz?


- Düşünürəm ki, hər janrda gözəl filmlər var. Bütün janrları sevirəm.

- Nizami Kino Mərkəzində hazırda bir çox gənc rejissorların filmləri nümayiş olunur. Bu filmlərin hamısı sizin zövqünüzcədir, yoxsa həmin filmləri gənclərə dəstək olmaq məqsədilə nümayiş etdirirsiniz?

- Proses olaraq burada nümayiş olunan bütün filmlər Mədəniyyət Nazirliyindən lisenziya alır. Daha sonra isə bizə filmləri təqdim edirlər və biz seçim aparırıq. Bəzən rejissor özü, bəzən də distrübüter şirkətləri filmləri bizə təqdim edirlər və biz baxıb qərar veririk. 2012-ci ildə “Nizami” kinoteatrı Nizami Kino Mərkəzi adını aldı. Bu statusu almaq bizim üçün böyük məsuliyyətdir. Biz başa düşürük ki, sırf gəlir əldə etmək məqsədilə bu filmləri nümayiş etdirmirik. Biz Azərbaycan kinematoqrafiyasına xidmət etməliyik.

- Kino Mərkəzinin tamaşaçıları ilə münasibətiniz necədir?


- İşlədiyim müddət ərzində, həmişə tamaşaçılara açıq olmuşam. Özüm çox vaxt tamaşaçıların arasında oluram. Bəzən olur ki, filmlərin nümayişlərindən sonra izləyicilər mənə yaxınlaşıb filmə münasibətlərini bildirərək, fikirlərini bölüşürlər.

- Bəs iradlar da olurmu?

-
Bəli bəzən qarşılaşıram. Mən normal qəbul edirəm. Bəzən anlaşılmazlıq olur, bunu qarşılıqlı şəkildə izah edib aydınlaşdırırıq.

- Nizami Kino Mərkəzində əsasən Avropa, Amerika və Azərbaycan istehsalı olan filmlər nümayiş olunur. Yerli və xarici filmlər arasında müqayisə aparırsınızmı?

- Düzdür, Hollivud filmləri bizim filmlərdən çox irəlidədir. Son beş il ərzində Azərbaycan filmlərində böyük bir inkişaf var. Düşünürəm ki, yaxın zamanda Azərbaycan filmləri Hollivud filmləri ilə ayaqlaşacaq. Təbii ki, baxdığmız filmləri müqayisə edirik. Ümüd edirəm ki, yaxın zamanda Azərbaycanda daha keyfiyyətli filmlər izləyəcəyik.

- Son illərdə Nizami Kino Mərkəzində kommersiya xarakterli bir çox komediya filmləri nümayiş olunur. Bir çox yaşlı rejissorlar və incəsənət adamları tərəfindən bu filmlərin nümayişinə kəskin etirazlar olub. Onlar bu cür filmləri Azərbaycan mədəniyyətini korlamaqda iddiham ediblər. Mərkəzin direktoru kimi bu barədə nə deyə bilərsiz?

- Biz bacardığımız qədər Azərbaycan filmlərinə üstünlük veririk. Burada “Azərbaycanfilm” Kinostudiyasının dövlət sifarişi əsasında istehsal etdiyi filmlər də olur və digər yerli istehsal filmləri  də. Lakin biz hər bir tamaşaçının zövqünə uyğun olan filmlər nümayiş etdiririk. Söylədiyiniz bu kimi filmlərin də, öz tamaşaçı kütləsi var və tamaşaçı Nizami Kino Mərkəzinə gələrək, onlara baxmaq istədiyini bizə söyləyir. Biz istəmirik ki, hansısa bir tamaşaçı burada istədiyi filmi tapmayaraq qayıtsın. Çalışırıq ki, hər kəsin zövqünü oxşayaq.

- Yəni kütlə filmi qəbul edibsə, siz də göstərməlisiz?

- Bəli. Tamaşaçıya xidmət edirik. Bu zövqə uyğun olaraq tarazlanır.

- Həftə ərzində mərkəzdə nə qədər film nümayiş etdirirsiz?


- Bu, filmin çıxma vaxtından asılı olaraq dəyişir. Ola bilər yay aylarında filmlər az olsun. Həftə ərzində 8-9, bəzən 10-12 film nümayiş olunur. Bayramlar ərəfəsində daha çox filmlər vizyona girməyə çalışır.Tətil zamanı izləyicilərin kinoteatra gəlməsi xeyli artır. Normalda 10 ətrafında olur.

- Fərqli formatda olan nümayişlər həyata keçirirsiz?

-
Bəli, bu əsasən xeyriyyə xarakterli nümayişlər olur. Biz bir çox Uşaq evləri və Qocalar evləri ilə, çalışırıq. Danışma və eşitmə qüsurlu uşaqlar üçün surdetərcümə olunmuş filmlər nümayiş etdirmişik.

“Qaragöz” filminin Qala gecəsi fərqli formatda keçirildi. Qala gecəsi zamanı film üçün yazılan musiqilərdən, canlı instrumental ifalardan ibarət konsert oldu. Bu bir yenilik idi.

- Bəzi gənclər var, arzusundadırlar ki nə zamansa Nizami Kino Mərkəzində onların da filmləri nümayiş olunsun. Onlara Art Time rubrikası vasitəsilə nə demək istərdiniz?

- Təbii ki, onlar ilk növbədə öz üzərlərində işləməlidirlər. Güclü bir iş ərsəyə gətirsinlər.Biz böyük məmmuniyyətlə, onların filmlərini nümayiş etdirərik. Bəzən olur ki həvəskar çəkilişlərlə də, bizə yaxınlaşırlar. Burada həvəskar çəklişlər nümayiş oluna bilməz.



- Leyli xanım, istərdik şəxsi həyatınıza aid suallar  da verək. Həyatda daha xoşbəxtsiniz, yoxsa işdə?

- Hər ikisində xoşbəxtəm. Hələ ki subayam. Xoşbəxtlik mənim üçün sırf ailə qurmaqda deyil. Ətrafında olan dostlar yanındadırsa və onlar sənə dəstək olursa, sən hər səhər oyanıb sevdiyin işə gedirsənsə, düşünürəm ki, bunun özü böyük bir xoşbəxtlikdir. Allahın qismətidir. Nə zaman qismət olarsa, o zaman da evlənərəm. Mənə münasib bir insan qarşıma çıxdığı zaman ailə quracağam.

- Bəs ailədə tək övlad olmaq necədir?

-
Düşünürəm ki, bu çox böyük bir məsuliyyətdir. Sən valideynlərinə həm oğul, həm də qız olmalısan.Valideynlərinyaşlandıqca, onlarınqayğılarına qalmalısan. Bacardığım qədər valideynlərimə layiq olmağa çalışıram.

- Ali təhsilinizi musiqi üzrə almısınız. Amma musiqidən uzaqlaşıb fərqli sahədə çalışırsınılz...

- Bakı Musiqi Akademiyasında fortopiano üzrə bakalavr təhsili almışam. Pianoda musiqi ifa edəndə zövq alıram, amma universiteti bitirəndə başa düşdüm ki, peşə baxımından özümü bu sahədə görmürəm.

- Kifayət qədər çalışqan, savadlı və gözəl xanımsınız. İngilis və rus dillərini mükəmməl bilirsiniz. İşinizə hər zaman böyük məsuliyyətlə yanaşırsız. Bəs xarakterinizdəki bu qədər sadəlik nədən irəli gəlir?


- Mən düşünürəm ki, normada insan belə olmalıdır. Sadəlik mənim üçün bir normadır. Normada insan sadə olmalıdır. Belə həm özünə işləmək rahat olur, həm də ətrafdakılara səninlə işləmək rahat olur. Qürur və eqo kimi məsələlər işləməkdə insana mane olur.


- Sonda Art Time rubrikasının ilk müsahibi kimi rubrikamız haqqında nə deyə bilərsiz?

-
İlk növbədə, bol-bol oxucu arzu edərdim. Düşünürəm ki mədəniyyətlə bağlı belə rubrikalara bugün böyük ehtiyac var. Deyərdim ki, şou xarakterli deyil, məhz mədəniyyətə və onun təbliğinə xidmət edən bu cür layihələrə həqiqətən böyük təlabat var. Mən çox sevinirəm ki, belə bir layihə açılıb və fəaliyyətə başlayıb. Uzun müddətdir ki, Modern.az saytını izləyirəm. Fürsətdən istifadə edərək, Modern.az saytının rəhbərliyinə təşəkkür edirəm ki, saytın proqramında mədəniyyət və incəsənətin təbliğinə xidmət edən belə bir layihəyə start verilib.



Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 30 Sentyabr 2020, 00:54 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 30 Sentyabr 2020, 00:43 UEFA Ermənistandakı Avropa Liqası matçının yerini dəyişdirdi 30 Sentyabr 2020, 00:29 Gəncədə ağır qəza: 1 ölü, 4 yaralı 30 Sentyabr 2020, 00:12 Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb 29 Sentyabr 2020, 23:59 Baş nazirdən 2021-ci il dövlət büdcəsi ilə bağlı QƏRAR 29 Sentyabr 2020, 23:46 Gürcüstan ermənilərindən TƏXRİBAT - Türkiyə ilə sərhədi bağladılar 29 Sentyabr 2020, 23:42 Niderland cəbhədəki vəziyyətlə bağlı məlumatlandırılıb 29 Sentyabr 2020, 23:38 Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq” 29 Sentyabr 2020, 23:26 Prezidentdən suriyalı muzdlularla bağlı iddialara CAVAB 29 Sentyabr 2020, 23:22 “Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan” - İlham Əliyev 29 Sentyabr 2020, 23:21 Ermənistan ordusunun mövqeləri darmadağın EDİLDİ 29 Sentyabr 2020, 23:13 Ölkəmizdəki xarici hərbi attaşelər əməliyyat şəraiti barədə məlumatlandırılıb 29 Sentyabr 2020, 23:09 Erməni hərbçi belə yalvardı  - VİDEO 29 Sentyabr 2020, 22:59 Qətərin Əmiri İlham Əliyevə telefonla zəng edib 29 Sentyabr 2020, 22:26 “Röyters” ermənilərin yalanını ifşa etdi 29 Sentyabr 2020, 22:24 İlham Əliyev: “Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin” 29 Sentyabr 2020, 22:19 Xocalıda qətliam törədən “Arabo” batalyonunun komandiri Qarabağa GƏLİR 29 Sentyabr 2020, 22:17 Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı PAYLAŞIM 29 Sentyabr 2020, 22:05 Litva Dağlıq Qarabağdakı gərginlikdən narahatdır 29 Sentyabr 2020, 21:51 Ermənilər Zobucuq qəsəbəsindəki xəstəxananı atəşə tutdu 29 Sentyabr 2020, 21:40 Baş Prokurorluqdan Rusiyaya müraciət: 20 minədək erməninin Qarabağa göndərilməsi... 29 Sentyabr 2020, 21:32 BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ 29 Sentyabr 2020, 21:21 Ədliyyə işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürdü 29 Sentyabr 2020, 21:13 Fuad Oktay Əli Əsədova zəng etdi 29 Sentyabr 2020, 21:07 Teledərslərin sentyabrın 30-u üçün cədvəli müəyyənləşib - FOTO 29 Sentyabr 2020, 20:57 Putin Paşinyanla DANIŞDI: “Qarabağda döyüşlərin davam etməsindən narahatıq” 29 Sentyabr 2020, 20:56 “Sülhdən danışmaq hələ çox tezdir” - Metyu Brayza 29 Sentyabr 2020, 20:53 Bakıda növbəti polis reydi keçirilib 29 Sentyabr 2020, 20:41 “Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Ömər Çelik 29 Sentyabr 2020, 20:30 Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! - Mehriban Əliyeva 29 Sentyabr 2020, 20:23 Gürcüstandan hərbi yüklərin tranzitinə qadağa qoyulub 29 Sentyabr 2020, 20:13 Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb 29 Sentyabr 2020, 20:00 İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu 29 Sentyabr 2020, 19:50 Müdafiə Nazirliyi Ermənistanın məhv edilən yüksək rütbəli zabitlərin adlarını AÇIQLADI 29 Sentyabr 2020, 19:30