Arxiv
24 Dekabr 2018, 08:34 | MÜSAHİBƏ
“Mən bunu utanmadan deyirəm...” - Əməkdar artist, tarzən Sahib Paşazadə ilə MÜSAHİBƏ  

Modern.az saytında “Art Time” rubrikasına davam edirik. Bu rubrika mədəniyyət və incəsənət sahəsini əhatə edir. Bu dəfə Xalq çalğı alətləri musiqi qrupunun üzvü, Əməkdar artist, tarzən Sahib Paşazadə ilə müsahibəni təqdim edirik.

- Sizi çox adam 2007-ci ildən Muğam televiziya müsabiqələrində tarzən olaraq tanıyırlar. Bəs buna qədər Sahib Paşazadə kim idi?


- Bəli 2007-ci ildə mənə Muğam müsabiqəsində ifa etmək təklifi gəldi. Artıq ardıcıl olaraq beş Muğam müsabiqəsində çalışıram. Mən tarzən Sahib Paşazadə Bakı şəhərində anadan olmuşam.12 yaşımdan tar ifa etməyə başlamışam. 1998-ci ildə Bülbül adına musiqi məktəbini bitirib, Bakı Musiqi Akademiyasına daxil oldum. Daha sonra Azərbaycan Milli Konservatoriyası yarandı və təhsilimi orada davam etdirdim. 2003-cü ildə Konservatoriyanın bakalavr pilləsini, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə ilə bitirmişəm. 2005-ci ildən Konservatoriyada dərs deyirəm. 2009-cu ildə aspiranturanı bitirmişəm. 2013-cü ildən dosent vəzifəsini daşıyıram. 2001-ci ildən tar ifaçısı olaraq Azərbaycan Dövlət Filarmoniyasında çalışıram, Xalq çalğı alətləri musiqi qrupunun üzvüyəm.


- Tar bizim milliliyimizi göstərən musiqi alətidir. Söylədiniz ki, tarla tanışlığınız uşaqkən başlayıb və ifa etməyə başlamısınız. Çox təəssüf ki, bu gün tara maraq göstərən uşaqlar elə də çox deyil. Bəs sizdə tara necə maraq yarandı?


- Düşünürəm ki, bu sənətə gəlməyim Allah tərəfindən yazılmış bir yazıdır. Mən inanclı insanam və bunun təsadüf olmadığına inanıram. Atam tar üzrə musiqi müəllimi olub. Hazırda dirijorluq üzrə Xalq artisti, professordur - Ağaverdi Paşayev. Uşaqkən Bülbül adına musiqi məktəbində fortopiano təhsili alırdım. Atam işdən evə gələndə öz tarını köynəkdən çıxarıb çalırdı. Məndə o zaman tara çox böyük həvəs yarandı. Atam işə gedəndən sonra tarını götürüb çalmağa cəhd edirdim. Bəzən atam tarını da götürüb gedərdi. 
Atamın dərslərinə gedib qulaq asırdım və tələbələr arasındakı atmosfer məni çox cəlb edirdi. Fortopianoda 5 il oxuduqdan sonra 12 yaşımda atam dedi ki, bəlkə səni tar dərsləri almağa yazdıraq? Dedim ki, ata bu mənim çoxdankı arzumdur. 1992-ci ildən tarda təhsil almağa başladım. 1996-cı ildə respublika üzrə “Yaşıl Yarpaq” adlanan radio müsabiqəsi  keçirilirdi. Orada birinci yerə layiq görüldüm. Müsabiqənin formatı elə idi ki, səs yazısını yazıb radioya göndərirdin və ifanı seçirdilər. Əhsən Dadaşov adına ümumrespublika müsabiqəsində birinci yerə layiq görüldüm və bu uğurlarım mənə təkan verdi ki, böyük sənətdə addımlarımı atmağa başlayım.


- Azərbaycan tarzənləri arasında çox nadir ifaçılar olub ki, həm solist, həm də müşayiətçi kimi fəaliyyət göstəriblər. İkisini də icra etmək və ikisində də uğur qazanmaq çətin olmur ki?


- Bunların hər biri tar ifaçılığının ayrı qollarıdır. Uşaqkən atam mənə deyərdi ki, oğlum bu iki sahəni özündə birləşdirsən tar sənətində çox nadir sayılan ifaçılardan biri ola bilərsən. Bu iki qolu öz sənətində birləşdirmək adətən ifaçılara çox çətin olur. Qeyd edim ki, üç Muğam müsabiqəsi qədər də, solist fəaliyyətim var. 2007-ci ilə qədər ildə çox az, 1-2 dəfə müşayiət edərdim. 5 müsabiqədir ki, Muğam müsabiqəsində ardıcıl olaraq ifaçıları müşayiət edirəm. Bu müsabiqədə çalışmaq mənim üçün böyük şərəf və eyni zamanda böyük bir məsuliyyətdir. Hər müsabiqədə öncəkindən daha çox çalışıram. Zirvəyə qalxmaq çətindir, amma həmən zirvəni qoruyub saxlamaq ondan da çətindir. Azərbaycanda mövcud olan bütün orkestrlərlə - simfonik orkestr, kamera orkestrı, hətta xor kopellası, xalq çalğı alətləri orkestrı ilə də ifa etmişəm.




- Muğam müsabiqlərində iştirak etmək sizə nə verdi?


- Müsabiqədə üç ay ərzində hər gün efirdə olursan. Bəlkə bir insanın iyirmi ilə edə biləcəyini bir gündə etmək şansın olur. Müsabiqələr mənə kütləyə çıxmaq, tanınmaq və eyni zamanda öz sənətimi inkişaf etdirmək şansı verdi. Mənə və sənətimə etimad göstərən müsabiqədə müşayiət üçün dəvət edən hər kəsə təşəkkür edirəm. Muğam müsabiqələrində tarın üzərinə çox böyük məsuliyyət düşürdü. Bəzən deyirlər ki, tarla kamançanın işi eynidir. Əslində isə elə deyil. Kamança tarı müşayiət edir. Məsuliyyət və əziyyət tarın üstündədir. Gecələr saat 2-yə, 3-ə kimi məşq edib rəngləri tapırdım. Kamança, nağara, kanona tarın üzərinə düşdüyü qədər də güc düşmürdü.


- Tənqidə qarşı necəsiz? Müsabiqələrdə olurmu ki, hansısa kiçik xətalara yol verəsiniz və sizi tənqid etsinlər?


- Düzgün və yerində deyilmiş tənqidə qarşı çox açığam. İnsan özü də öz hakimidir. Bəzən xoşuma gəlməyən tənqid olanda da uda bilirəm. Sağlam tənqid çox yaxşı şeydir. Müsabiqədən sonra mənim ifalarımı tənqid edənlər olmayıb. Maksimal dərəcədə düzgün ifa etməyə çalışmışam.

- Özbəkistanda keçirilən beynəlxalq müsabiqədə “Qarn Pri”ni  20 ildən sonra yenidən
 Azərbaycana gətirən məhz siz oldunuz. Bu böyük uğurunuz haqqında xatirələrinizi Modern.az saytı ilə bölüşmənizi istəırdik..

- Modern.az mənim çox sevdiyim bir saytdır. Əlbəttə ki bu barədə, danışmaq mənimçün çox xoş olardı.

Bu hadisə mənim həyatımda qazandığım ən böyük uğurlardan biri oldu. 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqədə iştirakla bağlı mənə təklif gəldi. Malik Mansurovla birlikdə gözəl bir kompozisiya hazırladıq. Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov məni müşayiət etdi. Bütün festivalın tarixində tək alətə “Qran Pri” verilməyib, adətən ansambla verilib. Müsabiqə tarixində solo ifayla “Qran Pri”ni alan ilk mən oldum, həmçinin Azərbaycan tarixinə də bu “Qran Pri”ni solo ifyla gətirən ilk dəfə mən olmuşam. Ansamblla isə Xalq artisti Simarə İmanova bu mükafatı ilk dəfə ölkəmizə gətirmişdi. Qayıdandan sonra hörmətli mədəniyyət nazirimiz cənab Əbülfəs Qarayev zəng vuraraq, məni təbrik etdi.


- Bir müəllim kimi öz işinizə olan münasibətiniz necədir? Tələbələrinizdən razısınız?

- Tarın incə sirləri, duyğuları çoxdur. Bəzi gənclər olur ki, bunun üstündən ötəri keçirlər. Tövsiyəm budur ki, tarın özünü və mahiyyətini sevsinlər. Təbii ki, tar bizim milli musiqi alətimizdir və onun üzərində çox maraqlı eksperimentlər etmək olur. Olur ki, tara çox həvəsli tələbələrlə qarşılaşıram. Bu məni ziyadəsindən artıq sevindirir. Bəzən tarda yad barmaqlar görürəm və bu məni çox üzür. Tarın öz mizraqları, öz incəlikləri və öz barmaqları var. Ona yad barmaqlar gətirmək olmaz. Çox təəssüf ki, bəzən bunu bəzi yaşlı ifaçılarda da görürəm. Tarı unudaraq yox, öyrənib sevərək ifa etmək lazımdır.


- Dünya şöhrətli müğənni Sami Yusufla birgə konsertiniz olmuşdu. Birgə konsert ideyasını siz təklif etdiniz, yoxsa qarşı tərəf?

- Yanvar ayında mənə təklif gəldi ki, aprel ayında belə bir konsertdə iştirak etmək istərdiniz? İnternetdən ifalarımı izləyərək mənə bu təklifi etmişdilər. Sami Yusuf Birləşmiş Ərəb Əmirliklərində - Şarjda yaşayır. Birgə konsertimiz də Şarjda, məşhur Əl-Məcaz amfiteatrında açıq havada oldu. Sami bəylə bu uğurlu konsrtimizdən sonra çox gözəl dostluğumuz yarandı.bTəcavüzə məruz qalmış Xalq mahnımız “Sarı gəlini” Sami Yusufla birgə ifa etdik. Sami Yusuf həmçinin çox gözəl İran tarı və fortopiano ifa edir.


- Sənətdə çətinılikləriniz çox olub, yoxsa həyatda?


- Hər ikisində müəyyən qədər çətinliklərlə qarşılaşmışam. Çalışqanlığım və güclü iradəm bir də sənətimə olan sonsuz sevgimlə, bu çətinliklərə sinə gəlmişəm. Tələbə olarkən maddi cəhətdən çətin vaxtlarım çox olub. Mən bunu utanmadan deyirəm. Mən heç vaxt maddiyyatı düşünüb yaşamamışam. Sağ olsun dövlətimiz, mənim sənətimə hər zaman dəstək göstərib.


- Bir gənc ifaçının sənətdə qazana biləcəyi  uğurların bir çoxunu qazanmısınız. Bu, dostlarınızın qısqanclığına səbəb olmayıb ki?..

- Bəzilərində qibtə hissi, bəzilərində həsrət, bəzilərində isə çox təəssüf ki, paxıllıq olur. Məncə insan özü təmiz olmalıdır. Pislik edirsənsə pislik, yaxşılıq edirsənsə yaxşılıq sənə qayıdacaq. Bu həyatın bir nömrəli aksiomasıdır.


- Bəs siz özünüz məhşur tarzənlərimizdən kimlərə həsəd aparmısınız? Hansı tarzənlərimizin ifasını dinləmisiniz?


- Bəziləri deyir ki, mən Hacı Məmmədova, bəzilərisə deyir ki mən Ramiz Quliyevə görə sənətə gəlmişəm. Mən isə sırf tara görə sənətə gəlmişəm. Mirzə Mansurdan başlayaraq bugünə kimi Azərbaycan tar sənətində olan bütün ifaçılarımızın səs yazılarına qulaq asmışam. Hacı Məmmədov mənim ürəyimə çox yaxındır. O, ilk dəfə tarı fortopiano ilə sintez edib. Ramiz Quliyevə də çox qulaq asmışam, amma bu həsəd deyil, bu sənəti incələməyə, öyrənməyə olan bir həvəs idi. Mənim bu sənətdə olmağımın yeganə səbəbkarı tara olan sonsuz sevgimdir.


- İzləyicilər arasından gözləmədiyiniz halda sizə yaxınlaşıb fikir bildirənlər olubmu?

 
- Bir dəfə konsertdən sonra bir kişi mənə yaxınlaşıb dedi ki, əlindəki dəsmalı mənə verə bilərsən? Təəcüblə nə üçün dəsmalı istədiyini soruşdum. Cavabında dedi ki, mənim nəvəm də sizin kimi tarzən olmaq istəyir. Söylədi ki, nəvəsi ona tapşırıb ki, Sahib bəyin dəsmalını gətir, o dəsmalı əlinə sürtüb mənim kimi yaxşı tar çalmaq istəyir. Dedim ki, bu dəsmalı yox, təmiz bir dəsmal verərəm. Daha sonra o uşaqla görüşüb xeyli söhbət etdik, birgə şəkil çəkdirdik. Haqqımızda birgə yazı da yazıldı...


Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06