Modern.az

“Bu, Diaspor Komitəsinin indiyə kimi etdiyi ən böyük və uğurlu addımdır” - MÜSAHİBƏ

“Bu, Diaspor Komitəsinin indiyə kimi etdiyi ən böyük və uğurlu addımdır” - MÜSAHİBƏ

28 Dekabr 2018, 10:38

Türkiyədə Azərbaycan Diaspor Təşkilatı-Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev Modern.az-ın suallarını cavablandırıb.

 

- Sənan bəy, Türkiyədə neçə illərdir ki, yaşayırsız?

 

- 15 ilə yaxındır. Amma tam olaraq 11 il deyə bilərəm.

 

- Bu günlərdə yeni Azərbaycan Diaspor Təşkilatı-Gənc Azərbaycanlılar Dərnəyi təsis edilib. Siz dərnəyin rəhbəri seçilmisiz. Bu barədə bir qədər ətraflı danışmanızı rica edərdik.

 

- Bəli, mənim kimi İstanbulda yaşayan yoldaşlarla birgə Gənc Azərbaycanlılar Dərnəyini qurduq. Dərnəyin qurucusu olaraq  İdarə Heyətinin Sədri seçildim və sədrliyim müddətində yoldaşlarımızın, eləcə də bizə inamı olan hər kəsin ümidini doğrultmağa çalışacam.

 

- O zaman diaspor sahəsində çoxdan çalışdığınızı deyə bilərikmi?

 

- Əslində diaspor sahəsində çalışmaq demək, doğru deyil.  Çünki bu, bir iş deyil. Diaspor fəaliyyəti , harada yaşamağımızdan asılı olmayaraq içərisində Azərbaycanı, Azərbaycançılığı yaşadaraq əlindən gəldiyi qədər Azərbaycanın tanıtmaq, tanıtdırmaqdır. Azərbaycanlılarla ən azından tarixi və özəl günlərdə bir araya gələ bilmək, bu günlərin  önəmini yaşadıqları ölkə vətəndaşlarına da çatdıra bilməkdir.

Diaspor fəaliyyəti ilə fərdi olaraq hər zaman məşğul olmuşam, 8-9 il əvvəl isə tələbələrimizin qurduğu Azərbaycan Birlik Təşkilatı ilə müxtəlif layihələr həyata keçirərək məhz o illərdə İstanbulda unudulmaz işlər həyata keçirə bildik. Onların izləri hələ də qalmaqdadır, o tədbirlərdə biri-biriləri ilk dəfə tanış olan gənclərimiz bu gün müxtəlif sahələrdə əməkdaşlıq, dostluq edir və bir-birlərinə dəstək olurlar.

 

- Türkiyə qardaş ölkədir. Orada Azərbaycan diasporu necə inkişaf edib?

 

- Türkiyə və Azərbaycan münasibətləri dünyada bənzəri olmayan, dost dövlət münasibətlərindən daha çox insani münasibət zəminindədir və son illərdə bu qardaşıq münasibəti həm dövlət başçıları səviyyəsində həm də vətəndaşla səviyyəsində daha da alovlanıb.

Türkiyədə xeyli sayda azərbaycanlı yaşayır. İki ölkə arasındakı bu münasibətə, çox sayda yaşayan soydaşlarımıza və çox saylı dərnəklərə baxmayaraq Türkiyədə diaspor fəaliyyəti lazım olandan çox zəifdir. Bunu əsas səbəbi diaspor fəaliyyəti ilə dərnək, birlik, təşkilat səviyyəsində fəaliyyətlərin ömrü qısa olur.

 

- Türkiyədə yaşayan azərbaycanlıların əsas problemlərinə nələr daxildir?

 

- Əslində nə qədər qardaş ölkə olsa da imiqrant hər yerdə olduğu kimi burda da bir çox problemlərlə üzləşə bilir. Əsas problem 90-cı illərdə Türkiyəyə gəlib qalan, heç bir sənədi, qeydiyyatı olmayan soydaşlarımızdır. Sənədləri olmadıqlarına görə də nə Azərbaycana qayıda bilirlər, nə də Türkiyədə qeydiyyatları var. Qeydiyyatları olmadıqlarına görə təhsil ala, səhiyyə xidmətlərindən istifadə edə, iş qura, mülk sahibi ola bilmir. Ümumiyyətlə rəsmi olaraq hər iş, fəaliyyət və xidmətin  onlara əl çatmasıdır. Bundan başqa da problemlərlə üzləşirik.

 

- Diaspor Komitəsinin son aylardakı fəaliyyətini necə dəyərləndirirsiz?

 

- Dərnək qurub fəaliyyətə başlamaq düşüncəmiz bir neçə ildir ki var idi. Diaspor Komitəsindəki yenilənmə və yeni komitə rəhbərliyinin fəaliyyətə başladığı gündən olan aktiv fəaliyyəti bizə stimul verdi. Son illərdə Azərbaycanda dövlət qurumlarında gənclərin fəaliyyətınə xüsusi yer verilməsi siyasəti o sahələrdə fəaliyyətin aktivləşməsinə və uğurlu nəticələrə nail olub. Bu siyasət Diasporla İş üzrə Dövlət Komitəsində  də davam etdirildi. Bu qısa müddətdə təkcə İstanbulda 3 dəfə Komitə rəhbərliyi və nümayəndələri ilə görüş keçirilib. Gələcək planlar müzakirə edilib, problemlərin həll yolları axtarılıb. Lakin öncəki illərdə Komitə nümayəndələri ilə görüşümüzü xatırlamıram.

Bu qısa müddətdə Türkiyədəki azərbaycanlıların ən böyük problemlərindən olan, sənədsiz və qeydiyyatsız soydaşlarımızın siyahıya alınmalarıdır. Yeni sənədlərlə təmin edilmələri yolundakı çalışmalarından dolayı gözəl nəticələr gözlənilir. Bu özü belə Diaspor Komitəsinin bu günə qədər etdiyi ən böyük və uğurlu addımdır. Bu, qısa müddətdə belə nailiyyət, gələcək üçün Xocalının, Azərbaycanın tanınması, diaspor nümayəndəlikləri arasında sıx əməkdaşlığın yaradılması yolunda daha da böyük işlərin həyata keçməsində ümid yaradır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu