Arxiv
22 Dekabr 2019, 15:38 | REPORTAJ
90 min Türk əsgərinin şaxtada donub öldüyü FACİƏ   

Bu gündən Türkiyənin müxtəlif bölgələrində Sarıkamış hərəkatının növbəti ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunur.


Modern.az
 saytı xatırladır ki, Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarıkamış əməliyyatını həyata keçirib. Bölgədəki "Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi dəhşətli şaxtadan donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.


Sarıkamış savaşı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya Müharibəsi dövründə Sarıqamış bölgəsində baş vermiş ən dəhşətli hərbi münaqişədir.

Birinci Dünya Müharibəsi Türkiyənin düşdüyü çətin vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşanın hazırladığı plana əsasən, Sarıkamışa iki istiqamətdən - Sarıkamış və “Allahu-əkbər”  dağlarından hücum edərək, Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.

Sarıkamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərin olur. 

Sarıkamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan həmin bölgə 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı Türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıkamış torpaqlarını düşmən işğalından əbədi azad edib. 

Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.


1915-ci il dekabrın 16-da "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb-yanan Osmanlı hərbi komandanı Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi, 34 yaşlı hərbi nazir Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: 

"Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir. 

Lakin Ənvər paşa razılaşmır. Beləliklə, 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində əməliyyatlar başlayır və Ənvər paşa müəlliminə "dərhal hərəkətə keçib rus ordusunu məhv etməlisiniz!" əmrini verir. Sözlərinə laqeyd yanaşıldığını görən Hasan İzzət paşa savaşa girməkdən imtina edərək istefa verir.


125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış Türk ordusu  dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də olur. Soydaşlarımız canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. 

Ruslar vaxt itirmədən Qafqaz cəbhəsini açır və Qərbi Anadolu torpaqlarına girirlər. Avropa və Asiyanın bir çox ölkələrinə səpələnmiş Osmanlı ordusu ingilis, fransız, yunan, rus hücumları qarşısında duruş gətirə bilmirdi. Hər gün sayı azalırdı. Hərəkət planına görə, 9-cu ordu Sarıkamış dağlarını, 10-cu ordu isə Allahuəkbər dağlarını aşaraq rusları Sarıkamışda mühasirəyə almalı idi.


1915-ci il yanvarın 18-i… Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazır. Sarıkamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrilir...

Soyuqdan bir-birinə sarılan Türk əsgərəri elə bu vəziyyətdəcə ölürlər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir güllə atmadan belə, istəklərinə nail olurlar.

Sarıkamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazıb. Tədqiqatçılar yazır ki, rus generalının üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". 


Sarıkamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi məhv oldu".

Tarixin Sarıkamış uğursuzluğundan sonra Türkiyənin Şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək, əhalini qılıncdan keçirdilər.

Sarıkamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, ölkəmizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun Şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza – Azərbaycana gətirərək o vaxt Xəzər dənizindəki "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.


 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:13 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51 İt dişləməsindən ölən şagirdlə bağlı AÇIQLAMA: “Poliklinikaya getməyib” 25 Yanvar 2020, 15:40 Azərbaycanda ödənişli xidmətlərin dəyəri rekord vurub 25 Yanvar 2020, 15:29  Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim” - FOTOLAR 25 Yanvar 2020, 15:24 AŞPA-da 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək 25 Yanvar 2020, 15:20 Prezident zəlzələ bölgəsindəki azərbaycanlı tələbələrlə bağlı TAPŞIRIQ VERİB 25 Yanvar 2020, 15:13 “AzerGold” QSC “Milli KSM-2019” mükafatına layiq görüldü 25 Yanvar 2020, 14:58 Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz zərərçəkənlərə kömək edirik, səfirlik bizlə maraqlanmır...” 25 Yanvar 2020, 14:46 Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək 25 Yanvar 2020, 14:40 Ziyafət Əsgərov seçicilərlə - FOTOLAR 25 Yanvar 2020, 14:34 Özbəkistanın yeni hökuməti təsdiqləndi 25 Yanvar 2020, 14:24 Daxili orqanında narkotik vasitə keçirmək istədi 25 Yanvar 2020, 14:12 67 nömərli marşrut da kart sisteminə keçir 25 Yanvar 2020, 14:08 Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi - FOTOLAR 25 Yanvar 2020, 13:59 Deputatlığa namizəd LƏMAN ƏLƏŞRƏFQIZINDAN DAHA BİR ÇAĞIRIŞ 25 Yanvar 2020, 13:45 “Zəhmətə qiymət vermək ən böyük alicənablıqdır” – Jalə Əliyevanın vəkili – FOTOLAR 25 Yanvar 2020, 13:33 Deputatlığa namizəd Mütəllim Rəhimlinin həyat yoldaşıSeçki kampaniyasına kömək edə bilmərəm   25 Yanvar 2020, 13:23 Ziyad Səmədzadə şəhid ailələri ilə görüşdü – FOTOLAR 25 Yanvar 2020, 13:22 Binədə 5 min manatlıq qızıl-zinət əşyalarını oğurlayanlar tutuldu 25 Yanvar 2020, 13:13 Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI 25 Yanvar 2020, 12:59 Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27
SORĞU Yeni parlamentdə kimlər olsun?