Modern.az

Niderland radiosunda Azərbaycandan danışılıb

Niderland radiosunda Azərbaycandan danışılıb

Diaspor

7 Yanvar 2019, 10:52

Bu günlərdə Niderlandda yaşayan həmyerllimiz, orda fəaliyyət göstərən “Connect” (Konnekt) təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramında canlı yayımda qonaq olub. Proqram bir saat çəkib və proqram boyunca altı Azərbaycan musiqisi – “Sarı gəlin”, “Küçələrə su səpmişəm” mahnıları, Ü. Hacıbəyovun “Arazbarı”sı, Röyanın ifasında bir mahnı, Maestro Ceyhunun ifası, Ənvər Sadıqovun ifası səsləndirilib.

Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. Onun sözlərinə görə, proqram boyunca 1918 – ci ildə qurulmuş ADR – dən, Sovet ordusunun 1920 – ci ildə Azərbaycanı işğal etməsindən, 1988 – ci il meydan hərəkatından, 1990 – cı il 20 yanvar hadisələrindən, torpaqlarımızın 20% - nin işğalda olmasından, ölkəmizdəki dini azadlıqlardan, turizm imkanlarımızdan, milli mətbəximizdən və.s. söhbət açılıb.

Proqram boyunca Azərbaycandakı Alban kilsələri, İçərişəhər və digər yerlər də söhbət mövzusu olub. Eyni zamanda, Azərbaycanın gözəl və füsünkar təbiətindən söz açan Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib. Rəhbərlik etdiyi təşkilatın  gələcək planlarından danışan soydaşımız əvvəllər olduğu kimi, yerli iş adamları ilə söhbətlərinə davam edəcəklərini, sponsor tapacağı halda həmçinin Azərbaycanda da Niderland mədəniyyət gecəsi təşkil etməyi düşündüklərini deyib.

Qeyd etdiyimiz kimi, proqram bir saat davam edib və sonda Cənubi Azərbaycanlı soydaşımız Parisa Arslaninin ifasında “Sarı gəlin” mahnısı səsləndirlib.

Vüqar Abbasovun dediyinə görə özü bilərəkdən bu mahnını məhz cənublu soydaşımızın ifasında seçib təqim edib ki, bu da ona Azərbaycanın 1828 – ci ildə ikiyə bölünməsi və hazırda Azərbaycanın böyük bir hissəsinin İran ərazisində olmasına deməyə şərait yaradıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar