Arxiv
11 Yanvar 2019, 09:48 | DİASPOR
Azərbaycanlı qürurunu ABŞ-da yaşadan xanım

Çox mehriban, təvəzökar xanımdır. Deyir ki, qadın lap baş nazir işləsə belə, evinə daxil olduğu andan anadır, həyat yoldaşıdır…

Amerikada yaşadığı illər ərzində elə bir gün olmayıb ki, ata evi, qardaşı üçün darıxmasın. Hər dəfə məşhur "Ayrılıq" mahnısının sədaları gələndə, özünü saxlaya bilmir, qəhər onu boğur, gözləri yaşarır. Azərbaycan filmlərinə baxmaqdan, milli musiqimizi dinləməkdən usanmır…
Haqqında söhbət açdığım Xatirə Qasımova (Watts) Bakıda doğulub, bu şəhərdə boya-başa çatıb. Orta təhsilini Bakıdakı 80 nömrəli məktəbdə başa vurub. 1981-ci ildə 4 saylı xəstəxanada laborant assistenti kimi çalışıb. Orada işləyərkən indiki Azərbaycan Dillər Universitetinin axşam şöbəsinə qəbul olunub. 1989-ci ildə həmin universiteti ingilis dili müəllimi ixtisası üzrə bitirərək, Bakıdakı orta məktəblərin birində müəllimlik fəaliyyətinə başlayıb. 1996-cı ilin sonlarında ABŞ-a gəlib. 1999-cu ilədək Texas ştatında Del Mar kollecində müəllim kimi işə düzəlib. Burada o, ABŞ-a pənah gətirmiş xarici tələbələrə ingilis dilindən dərs verib. 1997-ci ildə əslən amerikalı Maykl adlı bir gənclə ailə qurub. Bir il sonra qızları Mişel Saida dünyaya gəlib. Və bir müddət Mişel Saidanın tərbiyəsi ilə məşğul olduğundan heç yerdə işləməyib. 

2001-2005-ci illərdə Texas A&M Universitetində təkrar ali təhsil alıb. Bu dəfə tibb üzrə bakalavr pilləsinə yüksəlib. Əvvəlcə kordealoji, sonra isə əsəb xəstəlikləri üzrə xəstəxanada çalışıb. 

2008-ci ildə Texas Universitetinin psixi xəstəliklər fakultəsinə qəbul olunub, 2015-ci ildə oranı müvəfəqiyyətlə bitirərək magistr dərəcəsinə yiyələnib. O vaxtdan Texasın Korpus Kristi şəhərində özəl klinikalardan birində psixiatr-terapevt kimi insanlara xidmət göstərir…

Qızı Mişel Saida Texas TECH universitetinin siyasi elmlər üzrə hüquqşünas fakultəsinin 3-cü kursunda oxuyur. Arzusu bu sahədə təhsilini davam etdirib, mükəmməl səviyyədə hüquqşünas olmaqdan ibarətdir. Azərbaycanca gözəl danışır, deyir ki, anası azərbaycanlı olduğundan bu xalq ona çox doğma, çox əzizdir.

“Demək olar ki, hər il Azərbaycana getdiyimizdən bu ölkə haqqında məlumatlarım çoxdur. Və mən demək olar ki, həmyaşıdlarım arasında Azərbaycan haqqında gözəl danışıb, oranı sevdirməyə çalışıram”…

Xatirə xanımın ömür-gün yoldaşı Maykl İslamı qəbul edib. Deyir ki, bir müddət şəhər məscidinə tez-tez gedirdi.
“Sonra işimlə əlaqədar vaxt tapa bilmədim. Maykl Texas sahil gömrüyündə zabit ximi xidmətdədir. Azərbaycanla bağlı bilgiləri o səviyyədədir ki, hətta danışarkən, təhlil edərkən bir çox azərbaycanlılar ona həsəd apara bilər”…

...Bir həzin Azərbaycan musiqisindən kövrələ bilən, olduqca ciddi və həm də çox şən olan Xatirə xanımla tanışlığımızdan çox məmnun oldum.

Deyir ki, çox əziyyətlərə qatlaşıb, bu səviyəyə yetişib, azərbaycanlı qüruru həmişə başını uca edib: "Amma Azərbaycan deyiləndə körpə uşaq kimi kövrəlməyə bilmirəm…".

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27