Arxiv
16 Yanvar 2019, 12:06 | PARLAMENT
“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Dörd il öncə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıq məsələsini Milli Məclisdə hörmətli xalq şairimiz Sabir Rüstəmxanlı ilə birlikdə gündəmə gətirmişdik, ayrı-ayrı məmurlarla da bu mövzuda sərt mübahisələrimiz olmuşdu. Bu ərdəmsizliyi edənlər az sonra öz yanlışlarını anlayaraq, torbanı büstün üzərindən götürdülər. İndi isə yeni bir ədəbsizliyə imza atmaq istəyənlər tapılıb, Novxanıda Məhəmməd Əmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefini söküb aparıblar”.

Modern.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, barelyefin hansı motivlə aparıldığı araşdırılandan sonra fakta qiymət verilməsi zəruri yaranacaq:

“Əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünmüşlərsə, bu, eyni zamanda Rəsulzadənin 130 illik yubiliyeyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır. Əminəm ki, ölkəmizin hüquq-mühafizə orqanları milli dövlətimizin qurucusunun xatirəsinə qarşı göstərilən bu sayğısızlığın ciddi şəkildə araşdırılmasını təmin edəcəklər. Bununla belə, düşünürəm ki, bu kimi hadisələr içimizdə ciddi narahatçılıq yaratsa da, təsəlli üçün də düşünəcəyimiz bir şeylər var. Məhəmməd Əmin bəy kimi dahilərin yaşamasını, çalışmasını ehtiva edən xatirə obyektləri nisbi mahiyyət daşıyır. Bu gün Bakının köhnə Sovetski adlanan yaşayış yerində və başqa mərkəzi məkanlarda yüzlərlə ev abadlaşdıma məqsədi ilə söküldü və bunların içində vaxtilə tanınmış Azərbayan övladlarının yaşayıb- yaratdığı evlər də oldu. Yəni xeyli barelyefləri asmaq üçün artıq real evlər qalmadı. Bu anlaşılan bir durumdur, ancaq Novxanıda durub-durub da bareleyfin çıxarılmasının izahını tapmaq xeyli müşkül məsələ olacaq. Bir də Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların evi Novxanıda köhnə bir ata ocağı ilə məhdudlaşmır, bütün Azərbaycanın adı çəkilən hər məkanda olan evlər, ocaqlar onların Vətən evi, Vətən ocağı sayılır. Narahat olmamağa əsasımız budur ki, Məhəmməd Əmin bəyin qəlbimizin içindən asılmış bareleyfini oğurlamaq isə yüz ildir kimsəyə nəsib olmur və olmayacaq da...”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TƏBİB koronavirusla bağlı broşürlər hazırladı 27 Fevral 2020, 17:15 Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandı 27 Fevral 2020, 17:11 Cenevrə Konservatoriyasının ən gənc tələbəsi olan 11 yaşlı azərbaycanlı qız... 27 Fevral 2020, 17:06 Prezident Administrasiyasında partiya rəhbərləri ilə görüş keçirilib 27 Fevral 2020, 17:00 Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası TƏSDİQLƏNDİ 27 Fevral 2020, 16:55 İtaliyada koronavirusdan ölənlərin sayı 14-ə çatdı 27 Fevral 2020, 16:50 Metroda işıqlar söndü - sərnişinlər təxliyə olundu - YENİLƏNİB 27 Fevral 2020, 16:45 Bakı Nəqliyyat Agentliyi işıqların sönməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ 27 Fevral 2020, 16:40 Təkrar seçki keçiriləcək dairələrdə lider namizədlər iştirak edəcək? 27 Fevral 2020, 16:35 Yeni Ombudsman Milli Məclisdə hesabat verəcək 27 Fevral 2020, 16:28 Goranboyun Qurbanzadə kəndində səyyar qəbul keçirilib 27 Fevral 2020, 16:22 Bakının bir hissəsində elektrik enerjisinin verilişi dayandı 27 Fevral 2020, 16:17 "Azərişıq" sayğaclara müdaxilə halları aşkarladı 27 Fevral 2020, 16:11 Türk Hava Yolları uçuşları bərpa edib – Naxçıvan Səhiyyə Nazirliyi 27 Fevral 2020, 16:09 Prezident  Artur Rasi-zadəni qəbul edib - FOTO 27 Fevral 2020, 16:07 Bakıda yol qəzası “20 Yanvar” dairəsində tıxac yaradıb 27 Fevral 2020, 16:02 Binəqədi rayon İcra Hakimiyyəti hesabat verdi - FOTO 27 Fevral 2020, 15:58 Əməkhaqqı kartları ictimai işçilərə şəxsən təhvil veriləcək - İcra başçılarına pis xəbər  27 Fevral 2020, 15:52 İsraildə də koronavirus tapıldı 27 Fevral 2020, 15:48 Xəzərdə zəlzələ olub 27 Fevral 2020, 15:47 Rusiya təyyarəsi Türkiyə ərazisində uçuş həyata keçirdi 27 Fevral 2020, 15:45 Bakıda sürücü və satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı 27 Fevral 2020, 15:43 BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə məhəl qoymur - Ramiz Həsənov 27 Fevral 2020, 15:41 Aksiz markası olmayan siqaretlər aşkarlandı- VİDEO 27 Fevral 2020, 15:37 Prezident İçərişəhərlə bağlı sərəncam İMZALADI 27 Fevral 2020, 15:34 Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır - FOTO 27 Fevral 2020, 15:30 Nazir Anjey Kaspşiklə görüşüb - FOTO 27 Fevral 2020, 15:24 40 minə yaxın şagird buraxılış imtahanı verəcək 27 Fevral 2020, 15:18 Prezident üç generalı istefaya göndərdi 27 Fevral 2020, 15:12 İlham Əliyev 3 generalı “Rəşadət” ordeni ilə təltif etdi - SƏRƏNCAM 27 Fevral 2020, 15:00 Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxardı - FOTO 27 Fevral 2020, 14:53 Xocalı ilə bağlı erməni yalanlarına qarşı mübarizə necə aparılır… 27 Fevral 2020, 14:47 Yardımlıda silahlı insident: ata və oğlu öldürüldü 27 Fevral 2020, 14:41 Prezidentdən Kəmaləddin Heydərovla bağlı - FƏRMAN 27 Fevral 2020, 14:36 İranda koronavirusdan ölənlərin sayı 26-ya çatdı 27 Fevral 2020, 14:30