Arxiv
18 Yanvar 2019, 09:55 | ƏDƏBİYYAT
Lev Landau... Dau... - dahi fizik və gözəllik “ovçusu”...  

Firuz Mustafa

Onun təkcə təltiflərinin hamısını qeyd etmək üçün bir neçə səhifə tələb olunur. SSRİ EA-nın akademiki, Nobel mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Maks Plank adına medalı laureatı, Frits London mükafatçısı, Lenin mükafatı və üç dəfə SSRİ Dövlət mükafatı laureatı, London Kral cəmiyyətinin üzvü, ABŞ Milli Akademiyasının üzvü, Danimarka Kral Akademiyasının üzvü, Amerika İncəsənət və elm akademiyasının üzvü, Fransa Fizika cəmiyyətinin və London Fizika cəmiyyətinin üzvü... Və Nobel mükafatı laureatı.

Lev Davidoviç Landau 22 yanvar 1908-ci il yanvar ayının 22-də Bakı şəhərində neftçi- mühəndis David Lvoviç Landaunun ailəsində doğulub. Levin anası Lyubov Veniaminovna Qarkavi-Landau ixtisasca həkim idi və bu xanım uzun illər Balaxanıda akuşerka, orta məktəbdə və qadın gimnaziyasında həkim işləmişdi, eksperimental farmakologiyaya aid əsərlər yazmışdı.
Landau 1916-cı ildənBakı yəhudi gimnaziyasında təhsil almış, 14 yaşında ikən Bakı Dövlət Universitetinə iki ixtisas üzrə-fizika və kimya üzrə daxil olmuşdur. O, sonralar fizikanı seçmişdir. 1924-cü ildən Landau təhsilini Leninqrad Universitetində davam etdirmişdir.
1927-ci ildə təhsilini başa vuran Lev Landau Leninqrad fiziki-texniki institutunda elmi fəaliyyətə başlayır. Tezliklə 19 yaşlı Landau Kvant nəzəriyyəsinə öz elmi töhvəsini verir, ilk fundamental tədqiqatları ilə elm aləmində parlayır.

Sonrakı dövrdə Lev Landau Almaniya, Danimarka, İngiltərə, İsveçrədə elmi ezamiyyələrdə olur. O, Berlində A.Eynşteyn ilə tanış olur, Kopenhagendə Nils Borun laboratoriyasında çalışır.
Yaxın ətrafı adətən ona “Dau” deyə müraciət edirdilər.

1932-37-ci illərdə Ukraynada çalışan alımin elmi fəaliyyəti artıq ölkədən kənarda da məşhur idi.
Landau Stalin despotizminin qəti əlyhdarı idi. O, Lenini faşist və avantürist hesab edirdi. Elə bu və digər səbəblərə görə daim xüsusi xidmət orqanlarının nəzarətində idi.
Dau Sovet rejimi ilə heç cür barışa bilmirdi. 1937-ci ildə Pyotr Kapitsanın təklifi ilə Fizika problemləri institunda nəzəri şöbənin müdiri təyin olunur. Stalin diktaturası əleyhinə yazdığı və tələbələrin paylaşdığı vərəqələrə görə həbs olunur. Bir il həbsdə qalan Landau nəhayət Kapitsanın (və eləcə də Borun) çoxsaylı xahişindən sonra azad edilir. 


1943-47-ci illərdə Landau MDU-nin professoru kimi fəaliyyət göstərir.

1945-1953-cü illərdə Landau SSRİ-nin Atom layihəsinin hazırlanmasında iştirak edir.

Görkəmli alim 1956-68-ci illərdə MDU-nin kvant nəzəriyyəsi kafedrasında çalışır, mühazirələr oxuyur.

7 yanvar 1962-ci il tarixdə böyük fizik Moskvada Dmitrovs şosesində avtomobil qəzasına düşür, 59 gün komada qalır. Dünyanın bütün fizikləri və eləcə də həkimləri Landaunun həyatının xilası üçün əllərindən gələni əsirgəmədilər. Landau altı il ölümlə çarpışdı. O, 1962-ci il noyabr ayının 1-də Nobel mükafatına layiq görüldü. Nobel mükafatının təltifi tarixində ilk dəfə olaraq laureata mükafat xəstəxanada təqdim edildi.

Zarafatı çox sevən Landau “zarafat günündə” 1 aprel 1968-ci il tarixdə 60 yaşında ikən vəfat etdi.

P.S. Bir qədər də dahi fizikin ailəsi və şəxsi keyfiyyətləri barədə.
Landau hələ gəncliyində üç “prinsipdən” imtina etmək qərarına gəlmişdi. Bu cəhətlərə daxil idi: evlənməmək, siqaret çəkməmək, spirtli içki içməmək. Ümumiyyətlə, Dau ilk gəncliyində qadınlardan qorxurdu. O, həm də çox utancaq idi.
Amma Lev Davidoviç birinci prinsipi artıq məşhur fizik olarkən pozdu. O, gözəl bir xanımla -Konkordiya Terentyevna Drobantseva-Landau ilə ailə qurdu. Onlar bir “müqavilə” əsasında evlənmişdilər. Yəni nə ər advadın şəxsi işinə, nə də arvad ərinin şəxsi işinə qarışa bilərdi. Hərə öz həyatını yaşamalı idi. Onlar bütün həyatları boyu bu cür də yaşadılar.
Kora (Dau arvadını belə çağırırdı) ərinə sədaqətli idi. Hətta, Dau öləndən sonra bu xanım “Mənim ərim dahidir” adlı üçcildlik memuar da yazdı.
Amma ilk gəncliyində qadınlardan utanan, qorxan Dau evlənəndən bir müddət sonra bütün SSRİ-nin elm aləmində təkcə dahi fizik kimi deyil, həm də dahi “qadın ovçusu” kimi məşhurlaşdı.
Qadınlar da onu, bu zarafatcıl, deyib-gülən və ən əsası da əliaçıq kişini çox sevirdilər. Kora daim ərinə qısaqansa da hirsini və hikkəsini boğmağa çalışırdı. O, bilirdi və daim təkrar edirdi ki, dahi ilə ailə qurub. Amma qadın öz dahi ərini itirəndən sonra onunla bütün müşahidələrini olduğu kimi, vicdanla, real faktlar əsasında qələmə aldı. Adını qeyd etdiyimiz kitabda Landaunun zərif cinsə münasibəti barədə də ətraflı söhbət açılır. Burada heç bir bəzək-düzək yox idi. 
Yeri gəlmişkən, dahi fizikin oğlu İqor Lvoviç Landau da (1946-2011) tanınmış fizik idi.

P.P.S Bakının məşhur “Tarqovıy” küçəsindən keçərkən Nəsimi heykəlinin qarşısındakı yeraltı keçidi qalxıb sol tərəfdə qotik üslubunda tikilmiş binanın yaxasından asılmış xatirə lövhəsinə ötəri də olsa nəzər salın...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı 28 Yanvar 2020, 16:36 Xoşbəxt Yusifzadə Fəxri professor oldu 28 Yanvar 2020, 16:30 Çindən bəzi malların Azərbaycana gətirilməsinə qadağa qoyuldu - RƏSMİ 28 Yanvar 2020, 16:24 Çindəki azərbaycanlıların vəziyyəti necədir? - Səfir danışdı 28 Yanvar 2020, 16:23 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 16:17 Baş Prokurorluq Hacıqabuldakı ölümlə bağlı açıqlama yaydı 28 Yanvar 2020, 16:12 Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO 28 Yanvar 2020, 16:12 Azərbaycanda ən yüksək əməkhaqqı olan SAHƏLƏR 28 Yanvar 2020, 16:05 Türkiyə yenə silkələndi – 5,1 bal 28 Yanvar 2020, 16:00 Paşinyanın əsas tənqidçisi saxlanıldı - evindən silah tapılıb 28 Yanvar 2020, 15:53 Mentalitet unudulur? - “Artıq bizdə də cütlüklər əvvəlcədən birgə yaşayır, sonra evlənirlər” 28 Yanvar 2020, 15:46 Prezidentin səsləndiyi gənc Gədəbəy seçicisini ayağa qaldırdı - Elmar Musayevdən mesaj - VİDEO 28 Yanvar 2020, 15:40 Dəhşətli virusla bağlı Azərbaycan hökuməti təcili müşavirə keçirdi - Prezident tapşırıq verdi 28 Yanvar 2020, 15:34 Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək 28 Yanvar 2020, 15:28 Su sayğaclarını oğurlayanlar yaxalandılar 28 Yanvar 2020, 15:22 Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı 28 Yanvar 2020, 15:16 Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 15:10 Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”... 28 Yanvar 2020, 15:05 Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi 28 Yanvar 2020, 15:00 İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər 28 Yanvar 2020, 14:54 Ermənistan Konstitusiya Məhkəməsinin hakiminin oğlu oğurlanıb 28 Yanvar 2020, 14:48 İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə 28 Yanvar 2020, 14:42 Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi 28 Yanvar 2020, 14:36 Vüqar Bayramov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” 28 Yanvar 2020, 14:30 Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO 28 Yanvar 2020, 14:25 Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT 28 Yanvar 2020, 14:20 Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI 28 Yanvar 2020, 14:16 Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd 28 Yanvar 2020, 14:10 Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə 28 Yanvar 2020, 14:07 AzTV aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlayır 28 Yanvar 2020, 14:00 Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək” 28 Yanvar 2020, 13:55 Azərbaycanda dəhşətli virusa qarşı bu tədbirlər görüləcək - SİYAHI 28 Yanvar 2020, 13:50 İcra başçısı növbəti dəfə vətəndaşlarla görüşüb 28 Yanvar 2020, 13:44 Azərbaycanda daha 6 "ASAN Xidmət" mərkəzi açılacaq 28 Yanvar 2020, 13:40 Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Koronavirusa yoluxanların real sayı 20 dəfə çoxdur 28 Yanvar 2020, 13:38
SORĞU Yeni parlamentdə kimlər olsun?