Arxiv
1 Fevral 2019, 10:45 | DİASPOR
Amerikalıların azərbaycanlı həkimi  

Siması nurlu insanlar daxilən də gözəl olurlar. Onlarla ünsiyyətdə olmaq, fikir bölüşmək adama zövq verir. Haqqında söhbət açdığım İradə xanım Dəlili də belə insanlardandır. Olduqca təvazökar, özü haqqında danışmağı sevməyən bir xanımdır. Kübarlığı, yüksək mədəniyyəti davranışından hiss olunur. Şübhəsiz ki, bu keyfiyyətlərə yiyələnməsində doğulub, boya-başa çatdığı ailənin də böyük rolu var.

Atası Hüseyn Dəlili tarix elmləri namizədi olub, Milli Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi işləyib. Anası Zinyət Rəhimova 25 il 111 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb…

...İradə xanım Bakıda dünyaya gəlib. 16 yaşında orta məktəbi başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1978-ci ildə oranın müalicə profilaktika fakultəsini bitirib…
Deyir ki,- "Anam mənim həkim olmağımı daha çox arzulayırdı. Hətta adımı da İslam Səfərlinin ərsəyə gətirdiyi "Göz həkimi" əsərindəki İradə obrazından götürüb"...

…İnstitutu bitirdikdən sonra, Bakıdakı 27 saylı poliklinikada əvvəlcə sahə həkimi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Daha sonra Kardiologiya İnstitutunda işləyib və orada elmi iş müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Dörd il İranda olub, burada klinikalardan birində kardio­loq-həkim kimi işləyib. 1996-cı ildən ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır…

"Bu ölkəyə təzə gələndə çox çətinliyim oldu. Tanımadığım ölkə, tanımadığım insanlar. Mən öz peşəmlə məşğul olmaq istəyirdim, amma bu fikrimi kimə deyirdimsə, hamı bunu heç ağlımdan da keçirməməyi tövsiyə edirdi. Səbəblər aydın idi- birincisi, dili yaxşı bilmirdim, ikincisi də bu arzumu reallaşdırmaqdan ötrü olduqca çətin olan imtahanlardan keçməliydim. Təbii ki, bu fikirlər mənə təsir edirdi, amma çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, nə olursa-olsun həkim kimi işləməliyəm. Çünki bilirdim ki, öz peşəmi davam etdirməsəm, həyatımın mənası olmayacaq"…

Bir müddət keçəndən sonra İradə xanım "US Medical License Exam" adlanan üç ixtisas və ingilis dili imtahanlarını müvəfəqiyyətlə verərək, ABŞ-da çox məşhur olan Atlanta şəhərində fəaliyyət göstərən Emory Universitetində üç il rezedentura keçir və ailə həkimi işləməyə rəsmi icazə alır, nəticədə ailə həkimi kimi fəaliyyətə başlayır. Hazırda altı klinikanı özündə birləşdirən "Beaver Medical Group"da çalışır. Təxminən 4000 xəstənin sağlamlığına baxır…

…Ömür-gün yoldaşı Azər Eminzadə fizika elmləri namizədidir. Qızı Nigarın 24 yaşı var. İrvine Universitetinin tələbəsidir. Nigar xanım Bakıdakı Oxford məktəbində bir neçə dəfə könüllü olaraq ingilis dilindən dərs deyib. Eləcə də ingilis dili kurslarından birində müəllimlik edib…

Deyir ki,- "Çox istərdim, Qarabağ problemi tezliklə həllini tapsın. İnsanlarımız xoşbəxt yaşasınlar. Bütün soydaşlarımıza dünyanın ən qiymətli neməti olan can sağlığı arzulayıram. Allah Azərbaycanımızı qorusun!"...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkədə üç gün ictimai nəqliyyat işləməyəcək 6 mart 2021, 00:00 Ermənistan “Avroviziya”dan imtina etdi 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47 İsveçdə "vaksin pasportları" verilə bilər 5 mart 2021, 18:38 Saakaşvili vəzifəsindən AZAD EDİLDİ 5 mart 2021, 18:23 Nəsir İmanquliyev yad edildi   5 mart 2021, 18:16 Qazi və şəhid ailələrinin evinə qaz verildi - VİDEO 5 mart 2021, 18:08