Modern.az

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 20%-ə qədər artıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 20%-ə qədər artıb

Aktual

8 Fevral 2019, 17:01

Azərbaycan - Rusiya malların və yüklərin rahat daşınması istiqamətində işlər həyata keçirir. Modern.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilməkdə olan körpünün tikinti işlərinə baxışı zamanı jurnalistlərə bildirib.

Nazir deyib ki, Azərbaycan Rusiya əlaqələri çox yüksək səviyyədə inkişaf edir:

"Əlaqələrin inkişafı bütün sahələrdə əsasən də siyasi əlaqələrdə müşahidə edilir. Qeyri-neft sahəsi üzrə Rusiya Azərbaycanın əsas tərəfdaşıdır. Azərbaycan - Rusiya ticarət dövriyyəsi ilbəil artır. Əvvəlki illərə nisbətən Rusiya ilə ticarət dövriyyəsi 20 %-ə qədər yüksəlib. Biz hesab edirik ki, potensial daha yüksəkdir və ilbəil ticarət dövriyyəsinin artırılması üçün işlər görülür".

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı da məhz ixracata hesablanıb.

“Bu baxımdan, malların, yüklərin rahat daşınması üçün Azərbaycan hökuməti Rusiya hökuməti ilə birgə tədbirlər görür",-deyə nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir