Modern.az

Rejissor Rövşən Almuradlı qəflətən dünyasını dəyişib

Rejissor Rövşən Almuradlı qəflətən dünyasını dəyişib

2 Aprel 2019, 09:35

Tanınmış kinorejissor Rövşən Almuradlı vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun dostu, jurnalist Rəhman Orxan xəbər verib.  1954-cü il təvəllüdlü R.Almuradlı dayanacaqda avtobus gözləyən zaman səhhəti qəflətən pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Ancaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

“Rövşən Almuradlı bu gün səhər-səhər ürəktutmasından qəflətən vəfat edib. Azərbaycan Kinematoqrafiyası onun şəxsində özünün istedadlı, perspektivli bir kinorejissorunu, yaradıcılığının pərəstişkarı olan bizlər isə çox səmimi, əziz bir dostumuzu itirdik”.

R.Almuradlı bir vaxtlar aktyor kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində çox maraqlı obrazlar yaradıb. Akademik Milli Dram Teatrının quruluşçu rejissoru kimi "Koroğlu", "Cavad xan" tarixi filmlərini çəkib. Ümumilikdə isə son 20 il ərzində 30-a qədər fim çəkib.

Allah rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir