Arxiv
3 Aprel 2019, 12:34 | İQTİSADİYYAT
Bakıda əhalini kütləvi şəkildə ZƏHƏRLƏYƏNLƏR ifşa olundu  

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Vergilər Nazirliyindən Modern.az-a verilən məlumata görə, araşdırmalarla Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulduğu müəyyən edilib.

Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası, 286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib.

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır.

Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vergilər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyatı dövlət qurumlarına müraciət etsinlər. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb 22 Avqust 2019, 19:42 Gömrükdə 50 minə yaxın siqaret ələ keçirildi 22 Avqust 2019, 19:29 ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır... 22 Avqust 2019, 19:15 Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb" 22 Avqust 2019, 19:01 Bu il dəmir yolları 270 min sərnişin daşıyıb 22 Avqust 2019, 18:42 Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi  22 Avqust 2019, 18:14 Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib 22 Avqust 2019, 18:12 “Azərbaycan dövləti əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir” 22 Avqust 2019, 18:08 Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ 22 Avqust 2019, 18:02 Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb” 22 Avqust 2019, 17:47 Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi 22 Avqust 2019, 17:42 Pirşağıda tullantı təmizləyici qurğu istifadəyə veriləcək 22 Avqust 2019, 17:38 Manatın məzənnəsi dəyişmədi 22 Avqust 2019, 17:25 Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ 22 Avqust 2019, 17:14 Telefon almadığına görə anasını öldürən oğula AĞIR CƏZA 22 Avqust 2019, 17:02 Bakıda taxta bazarı yanır - VİDEO + FOTOLAR - YENİLƏNİB 22 Avqust 2019, 17:02 Saakaşvili “Qarabağ Azərbaycandır!” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı - QALMAQAL 22 Avqust 2019, 16:40 Şamaxıda da yanğın oldu - Havaya helikopter qaldırıldı 22 Avqust 2019, 16:36 “Nar” 6 ayın naliyyətlərini açıqladı 22 Avqust 2019, 16:05 Hadi Rəcəbli sağlamlıq turizmi ilə bağlı görüş keçirdi 22 Avqust 2019, 15:56 Rəsmi Bakıdan BMT Baş katibinə ETİRAZ 22 Avqust 2019, 15:56 Əli Əhmədov bazarları gəzdi: “Yayın ortasında 2 manata kartof olmaz!” - VİDEO 22 Avqust 2019, 15:34 Hacıqabulda "Mercedes" yük maşınına çırpıldı1 ölü, 1 yaralı 22 Avqust 2019, 15:09 İcra başçısı vətəndaşların problemləri ilə tanış oldu 22 Avqust 2019, 15:07 Bank BTB-də yeni departament müdiri təyin olundu 22 Avqust 2019, 15:03 Nazirlik Bakıda 129 binaya müsbət rəy verib 22 Avqust 2019, 14:56 “Elçibəy prezident olmaq istəmirdi” - Fəzail Ağamalıdan mübahisəli AÇIQLAMA 22 Avqust 2019, 14:41 Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır 22 Avqust 2019, 14:36 Baş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdi 22 Avqust 2019, 14:30 Rəşad Atakişiyev təyyarənin xilası üçün sonacan mübarizə aparıb - Hərbi təhlilçi 22 Avqust 2019, 14:16 Bakıda anasının zəncirlədiyi uşağı kimsəsizlər evinə verdilər  22 Avqust 2019, 14:06 Nazarbayev Darxan Kıdıralıya böyük ETİMAD göstərdi 22 Avqust 2019, 14:03 Bakıda itkin düşən qız tapılıb 22 Avqust 2019, 13:56 Bəzən uşaqlarda qurd xəstəliyinin kökünü kəsmək olmur - Baş pediatrdan XƏBƏRDARLIQ 22 Avqust 2019, 13:35 BMT-nin Baş katibi müraciət yaydı 22 Avqust 2019, 13:34