Arxiv
16 Aprel 2019, 16:32 | DİASPOR
Kiyev azərbaycanlılarının diaspor rəhbəri: “Azərbaycan ordusu üçün əsgər hazırlayıram”

Kiyev Azərbaycanlıları Konqresinin sədri, iş adamı Oleq Krapivin eyni zamanda yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (RAU) 3 həmsədrindən biri olub.

 

Modern.az sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, molokan dini icmasına mənsub diaspor rəhbərindən açıqlamalar alıb.  

Oleq Krapivin 30 ildən artıq müddətdir ki, Ukraynada yaşasa da, Azərbaycanla sıx bağlılığını qoruyub-saxlayıb.

“Azərbaycan haqqında saatlarla danışmaq olar. Bizim mənşəyimiz, tərbiyəmiz Azərbaycanla sıx bağlıdır. Mən 30 ildir ki, Ukraynada yaşasam da, əslim Şamaxı rayonundandır, vətənimi unutmuram. Şamaxıda güləşçilər üçün idman zalı da inşa etmişəm. Orada 350-400 uşaq güləşlə məşğul olur.Hər ilin sentybarında Şamaxıda mənim adıma beynəlxalq turnir təşkil olunur. Bu il 8 ölkə nümayəndəsi həmin yarışlara qatılmışdı. Ölkə başçımız İlham Əiliyevə də idmana qayğısından dolayı təşəkürümü bildirirəm. Zalda məşq edən güləşçilərimizdən ilk növbədə Azərbaycan ordusu üçün əsgər hazırlayıram. Qoy onlar əsgərliyə gedən də artıq vətənlərini müdafiə etmək potensialında olsunlar. Dövlət dəstəyi ilə bütün bölgələrdə idman sürətlə inkişaf edir, yaxınlarda Bakıda Formula 1 Qran-Prisinin keçirilməsi də böyük uğur sayılmalıdır”.

 

Kiyev Azərbaycanlıları Konqresinin sədri idman kareyrasını və ailə şəcərəsinə qısa səfər edir.

“Mən sərbəst güləş karyerama o zamankı idman internatında başlamışam. Xəzər İstaev, Aslan Ağayev, İlham Mmaayev və s. çox tanınmış idmançılar məhz bu internatın yetirmələridir. Mən 14 qat Azərbaycan çempionuyam, ço0xsaylı beynəlxalq turnirlərin qalibiyəm. Mənim əcdadlarım molokanlar hələ XIX əsrdə Şamaxı bölgəsinə məskunlaşıblar. Oradan isə Bakıya köçüblər. Mənim babalarım, anam Bakıda, Yasamal qəbirstanlığında dəfn olunublar. Mən özümü əsl bakılı kimi hiss edirəm”.

 

Oleq Krapivin Ukrayna azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyasından razılığını ifadə edi və Ukrayna Azərbaycanlıları Radasının (RAU) yaradılmasını alqışlayıb.

“Nazirlə birgə qurduğumuz layihə alındı. Ukraynada yaşayan bütün azərbaycanlıları təbrik edirəm. Hər zaman çalışırıq ki, vətənimizi yüksək səviyyədə təmsil edək. Həmçinin Ukraynada yaşayan azərbaycanlı yeniyetmələrə, gənclərə də ölkəmizi burada təmsil etməyi aşılayacağıq.

Ukrayna azərbaycanlılarının gücünü özünüz görürsünüz. RAU-da birləşdikdən sonra gücümüz daha da artacaq. Kiyevdə şənbə-bazar məktəbi açmışıq ki, uşaqlar öz tarixi vətənlərini, ana dillərini unutmasınlar, Azərbaycan dilində oxuyub-yazmağı bacarsınlar. Qadınlardan ibarət güləş yığmamızın ukraynallı həmkarları ilə birgə məşq etməsini təşkil etmişik, Ukraynadan Azərbaycana elm adamlarının səfərlərini təşkil etmişik. Məqsədimiz hər bir azəerbaycanlının öz milləti, uğurları ilə fəxr etməsinə nail olmaqdı. Ukraynaya təhsil almaq üçün gələn və asonradan ölkədə qalan azərbaycanlılar çoxdur. Həmçinin öz biznesini quran azərbaycanlıların da sayı kifayət qədərdir. Onlar vergi verir, Ukrayna qanunlarına riayət edir, vətənlərinin müdafiəsində iştirak edirlər. Bir sözlə, Ukrayna azərbaycanlıları yerli cəmiyyətə uğurla inteqrasiya olunublar”.   

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koreya rəsmisi Azərbaycana gəldi 15 Oktyabr 2019, 22:59 Bakıda marşrut avtobusu piyada qadını vurdu 15 Oktyabr 2019, 22:38 Nazir Avropa İttifaqı ilə əməkdaşlığı müzakirə etdi 15 Oktyabr 2019, 22:23 Gürcüstanda zəlzələ oldu 15 Oktyabr 2019, 22:04 Azərbaycan - İsveçrə oyununda yanğın 15 Oktyabr 2019, 21:44 Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO 15 Oktyabr 2019, 21:29 Leyla Əliyeva görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilən tədbirdə - FOTO 15 Oktyabr 2019, 21:12 Ramil Usubov təhlükəsizlik məsələlərini müzakirə etdi 15 Oktyabr 2019, 20:57 Azay Quliyev seçicilərini qəbul edib - FOTO 15 Oktyabr 2019, 20:43 Prezident 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunları ilə bağlı müşavirə keçirdi 15 Oktyabr 2019, 20:28 Hərbi helikopter qəzaya uğrayıb 15 Oktyabr 2019, 20:15 Yasamalda ağac qırılıb avtobus dayanacağına düşdü: Yaralılar var 15 Oktyabr 2019, 20:02 Azərbaycan millisi San Marinonu məğlub edib 15 Oktyabr 2019, 19:52 Azərbaycan Rusiyaya NOTA verib 15 Oktyabr 2019, 19:20 Nəsimidə ikimərtəbəli ev yanıb 15 Oktyabr 2019, 19:03 Rövşən Rzayev vətəndaşları qəbul etdi 15 Oktyabr 2019, 18:59 Ceyhun Bayramov dünya çempionu olan məktəbli ilə görüşüb 15 Oktyabr 2019, 18:57 Əli Əhmədov: “Bu günə qədər 300 minə qədər köçkün mənzillə təmin olunub” 15 Oktyabr 2019, 18:46 Deputat: “Bu görüş tarixi əhəmiyyətə malikdir” 15 Oktyabr 2019, 18:43 ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ 15 Oktyabr 2019, 18:33 Ərdoğan Bakıdan getdi - FOTO 15 Oktyabr 2019, 18:19 Ərdoğanın “bir millət, altı dövlət” fikri alqışlandı: “Qardaşların bir arada olması hamını güclü edər” 15 Oktyabr 2019, 18:09 “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi 15 Oktyabr 2019, 17:48 Bir neçə məktəb direktorunun işi məhkəmədədir” - Nazir müavini 15 Oktyabr 2019, 17:45 Azərbaycanın kəndli qadınları - 15 oktyabr onların GÜNÜDÜR 15 Oktyabr 2019, 17:40 Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı   15 Oktyabr 2019, 17:39 Binəqədidə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi 15 Oktyabr 2019, 17:37 Bu şəkilə görə İstanbul Çempionlar Liqasının finalından məhrum ola bilər - FOTO 15 Oktyabr 2019, 17:31 Mehriban Əliyeva akademikin yasına gəldi - FOTOLAR 15 Oktyabr 2019, 17:26 Çavuşoğlu Pompeo ilə Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 17:14 Vətəndaşlığı olmayan 1966 nəfərin Azərbaycanda yaşaması qanuniləşib 15 Oktyabr 2019, 17:11 İctimai Şura uşaq pulunun ünvanlı verilməsini dəstəkləyib 15 Oktyabr 2019, 17:09 Azərbaycanda NATO standartlarına cavab verən RLS – Nazir açılışda iştirak etdi 15 Oktyabr 2019, 17:00 Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə XƏBƏRDARLIQ 15 Oktyabr 2019, 16:53 Prezident deputatla bağlı sərəncam verdi 15 Oktyabr 2019, 16:38