Modern.az

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

Aktual

19 Aprel 2019, 11:45

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun operatoru BP şirkəti profilaktika işləri ilə əlaqədar “Mərkəzi Azəri” platformasında hasilatı dayandırıb”.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, platformanın işi aprelin 15-dən dayandırılıb. Profilaktika işləri iki həftə davam edəcək.

 

Bundan başqa, məlumat verilib ki, oktyabrın 15-dən “Qərbi Çıraq” platformasınını işini dayandırmaq planlaşdırılır. Burada da profilaktika işləri iki həftə davam edəcək.

 

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. 2017-ci ilin sentyabrında müqavilənin müddəti 2050-ci ilədək artırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü