Modern.az

Rəsmi Ankara: “Rusiya Azərbaycana S-400 satsa, bunu birbaşa edəcək”

Rəsmi Ankara: “Rusiya Azərbaycana S-400 satsa, bunu birbaşa edəcək”

24 Aprel 2019, 12:56

Rəsmi Ankara Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin Azərbaycanda yerləşdiriləcəyi ilə bağlı xəbərlərə reaksiya verib.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına  görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara S-400-lər Azərbaycana və Qətərə vermək niyyətində deyil.

 

O qeyd edib ki, söhbət S-400-lərin Azərbaycana və Qətərə verilməsi planlarından getmir.

 

“Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb”-deyə M.Çavuşoğlu bildirib.

Nazir deyib ki, Türkiyə Rusiya ilə saziş bağlayıb və indi onların göndəriləcəyi vaxtı razılaşdırır. 

Həmçinin qeyd edib ki, Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək. 

“Xüsusən də, bu ölkələr arasında (Azərbaycan və Rusiyanı nəzərdə tutur-red) yaxşı münasibətlər var” - deyə M. Çavuşoğlu əlavə edib.

 

 

Xatırladaq ki, Türkiyə mətbuatı S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsindən sonra həmin sistemlərin Qətər ya da Azərbaycanda yerləşdirilməsinin müzakirə mövzusu olduğunu yazmışdı.

 

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub