Modern.az

Bir qrup yazıçıya mükafat verildi - SİYAHI

Bir qrup yazıçıya mükafat verildi - SİYAHI

Ədəbi̇yyat

1 May 2019, 16:16

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyi Prezident İlham Əliyevin təşkilata ayırdığı məbləğdən bir sıra müəllifi mükafatlandırmağı qərara alıb

Modern.az xəbər verir ki, bununla bağlı AYB sədri Anar müvafiq əmr imzalayıb.

Bu il yubileyləri dövlət tərəfindən geniş qeyd olunan dörd klassikin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 (iki min) manat məbləğiində 12 mükafat nəzərdə tutulub.

Mükafatlar aşağıdakı şəxslərə verilib:

İmadəddin Nəsimi adına şeir mükafatları:

Musa Yaqub
Vaqif Bayatlı
Firuzə Məmmədli

Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafaları:

Elçin Əfəndiyev
Kamal Abdulla
Sabir Rüstəmxanlı

Cəfər Cabbarlı adına dramaturgiya mükafatları:

Firuz Mustafa
Vaqif Əlixanlı
Əjdər Ol

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatlar:

Nizaməddin Şəmsizadə
İntiqam Qasımzadə
Gülxanə Pənah

1000 (min) manat məbləğində beş gənc yazıçıya “Uğur” mükafatı.

Abbaszadə Ümüd Namiq oğlu, 1993 (Ümüd Abbas Nihani)
Həsənəliyev Rəvan Vüqar oğlu, 1998 (Rəvan Cavid)
Cavanşir İntiqam Yaşar oğlu, 1990 (İntiqam Yaşar)
Tağıyev Sərdar İmaməddin oğlu, 1988 (Sərdar Amin)
Əhmədov Əliəsgər Tərlan oğlu, 1997 (Əliəsgər Əhməd)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir