Arxiv
7 May 2019, 11:11 | PARLAMENT
“İstanbulda seçkilərin nəticələrinin ləğvi təhlükəli qərardır” - DEPUTATLAR

Bu il martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğlu 48,79 faiz səslə İstanbul bələdiyyəsinin sədri seçilmişdi. Onun İstanbul bələdiyyə başqanı kimi fəaliyyəti təsdiqlənsə də, ötən gün qəfildən bələdiyyə seçkilərinin nəticələri ləğv edildi. Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarı ilə Əkrəm İmamoğlunun səlahiyyətinə xitam verilib. Yeni seçkilər iyunun 23-də keçiriləcək.


Azərbaycan Milli Məclisinin deputatları İstanbulla bağlı baş verənləri  Modern.az-a şərh ediblər.


Deputat Rasim Musabəyov hesab edir ki, qardaş ölkədə vəziyyətin  dəyişəcəyini dəqiq analiz etmək üçün İstanbul əhalisinin içərisində olmaq lazımdır:

“Türkiyədəki proseslərin hansı istiqamətə doğru cərəyan edəcəyini təhlil etməyə çətinlik çəkirəm. Bunun üçün əhalinin, seçicilərin düşüncələrini yaxından izləmək, onlarla ünsiyyətdə olmaq vacibdir. Hazırkı durumda mətbuatdan məlumatları almaqla, analiz etmək çətindir.

Hər bir halda seçkilərin nəticələrinin qəfildən, bu cür ləğv edilməsi problemlər yaradacaq. Bu qərar kifayət qədər əsaslı olmadığı halda, əhalinin Türkiyə seçki sisteminə etibarı azala bilər. Təhlükəli qərar olduğunu yəqin ki, Türkiyə rəhbərliyi də bilirdi. Bu ölkədə seçkilərdə iştirak edən vətəndaşların milli maraqları üstün tutacağına inanıram. Ümid edək ki, hansısa çaxnaşmaya, Türkiyəni zəiflətməyə cəhd edən hərəkatların məqsədlərinə çatmasına yol verməyəcəklər”.


Deputat Asim Mollazadə
 seçkilərin nəticələrinin ləğv edilməsini şərh etmək istəməyib:

“Mən Türkiyədəki proseslər barədə ətraflı danışmaq istəmirəm”.


Deputat Fəzail Ağamalı
Türkiyədəki son proseslərin xoşagələn istiqamətdə irəliləmədiyini düşünür. F.Ağamalının fikrincə, İstanbul uğrunda Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasındakı mübarizə səngiməsə, bu, Türkiyə üçün mənfi nəticələnə bilər:

“Ali Seçki Komissiyasının son qərarı Türkiyə qanunlarına söykənib. Buna qeyri-adi baxmağa ehtiyac yoxdur. Mən çox arzulayardım ki, Türkiyədəki proseslər sakit və şəffaf cərəyan etsin. Hər iki partiya yenidən gücünü, imkanlarını və elektoratını seçkilərə cəlb etsin. Partiyalar seçki gününə köklənərək, təbliğat-təşviqat məsələlərini yüksək səviyyədə aparmalıdır.

Türkiyədə proseslərin mənfi yöndə cərəyan etməsi, xaosun başlaması regional məsələlər baxımından bizim də xeyrimizə deyil. Türkiyədə yaşanan gərginlik ölkələrimiz arasındakı strateji və dövlət maraqlarına da uyğun gəlmir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30