Modern.az

“Mən bəşəriyyətin səhifələrini vərəqləyirəm” – Vanqanın gələcəyə dair qorxulu PROQNOZLARI

“Mən bəşəriyyətin səhifələrini vərəqləyirəm” – Vanqanın gələcəyə dair qorxulu PROQNOZLARI

7 May 2019, 13:26

"Siz ge­cə­lər ya­tır­sı­nız, mən isə bə­şəriyyətin sə­hi­fə­lə­ri­ni və­rəq­lə­yir və insan­la­rın fa­ciə­lə­ri­ni ya­şa­yı­ram..." bu fikirlər XX əsrin əvvələrindən bu günə qədər adı dünyada dillər əzbəri olan Vanqaya aiddir.

Əsil adı Vangeliya Quşterova olan ekstrasens 1911- ci il yanvarın 31-də Bolqarıstanda yoxsul kəndli ailəsində anadan olub. Vanqa adı ilə gələcəkdə dünyaya səs salacaq kəndli qızı ömrünün çox hissəsini  Petriç şəhərində keçirdib.

Onun adı bolqar adətlərinə görə verilib (küçəyə çıxaraq, ilk qarşına çıxan adamdan ad soruşmaq). Vangeliya adının mənası Yunan dilində "yaxşı xəbər" adlanır. Vanqanın üç yaşı olanda onun anası dünyasını dəyişir. Müharibədən sonra isə atası ikinci dəfə evlənir. 1923-cü ildə Vanqa atası və ögey anası ilə Makedoniyadakı yeni kəndə  köçürlər. Vanqanın 12 yaşı olarkən qasırğa nəticəsində görmə qabiliyyətini itirib. İnfeksiyanın qarşısı alınsa da əməliyyata pulları yox idi. Buna görə də Vanqa kor qalır.

Müharibə dövrlərində, Qarabağ döyüşləri zamanı Azərbaycandan gedən jurnalistlərə danışan  Vanqa həmin zaman jurnalistlərə bu ifadələri işlətmişdi:

“Siz çoxlu qan olan ölkədən gəlmisiniz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək, lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar” (30 may 1993-cü il).

 

Vanqanın kəhanətinə inansaq, müsahibənin 1993-cü ildə verildiyini də nəzərə alsaq, 30 il sonra 2023-cü ildə xeyirin qalib gələcəyini və Azərbaycanın öz torpaqlarına sahib olacağını deyə bilərik. Təbii ki, bunlar bir ehtimaldır və nə dərəcə reallığı əks etdirdiyini demək çətindir.

Bu arada Vanqa barədə tənqidlərdən də yan ötmək olmaz. Məsələn, əksər tənqidçilər hesab edirlər ki, Vanqa öz köməkçiləri ilə çox yaxşı işləyib. Köməkçilər onun yanına gələn adamlardan barələrindəki bütün informasiyaları alıb və bunu Vanqaya ötürüblər. Rusiyalı məşhur illüziya ustası Yuri Qornıy isə deyib ki, Vanqa bolqar xüsusi xidmət orqanlarının sadiq əsgəri olub. Onun üçün informasiyaları isə taksi sürücüləri, çekistlər, otellərdəki xidmətçilər yığıblar. Sonuncular Vanqaya görə ölkəyə axın edən turistləri araşdırmaq məqsədi güdüblər. O ki qaldı onun dediklərinin həyata keçməsinə, çox adam həyata keçənləri xatırlayır. Halbuki dediklərinin bir çoxu heç doğrulmayıb da. Məsələn, o, dəfələrlə müharibə proqnozu versə də, müharibə baş verməyib.

Vanqanın ölməzdən əvvəlki öngörmələri, hansıki bunlar həyta keçmədi:

2010-cu il - noyabrda III dünya müharibəsi başlayacaq və 2014-cü ilin oktyabrında bitəcək. Bu müharibədə nüvə və kimyəvi silahlardan istifadə olunacaq.

2011 - Yerin şimal yarımkürəsində radioaktiv sızma olacaq. Heyvanlar və bitkilər sağ qalmayacaq. Müsəlmanlar sağ qalmış avropalılara qarşı kimyəvi silahlarla savaşa başlayacaq.

2014 - kimyəvi silahlarla aparılan müharibə bitəndən sonra insanların çoxu qan xərçənginə tutulacaq.

2016 - Avropa faktiki boşalacaq, əhalinin sayı azalacaq.

2018 - Çin dünyanın əsas dövləti olacaq.

 

Vanqanın gələcəyə dair verdiyi proqnozlar

2025 - Avropada az sayda insan yaşayacaq.

2028 - Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınması ilə əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.

2033 - Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.

2043 - Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.

2046 - Süni insan orqanları yaradılacaq.

2066 - Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.

2076 - İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.

2084 - Təbiət yenidən yaranacaq.

2088 - Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içində qocalacaq.

2091 - Bu xəstəliyin müalicəsi tapılacaq.

2100 - İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandıracaq.

2125 - Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar Vanqanı xatırlayacaq.

2130 - Yadplanetlilərin tövsiyəsi ilə su altında yaşayış koloniyaları salınacaq.

2154 - Heyvanlar yarı insana çevriləcək.

2167 - Yeni bir din yaranacaq.

2170 - Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.

2183 - Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.

2201 - Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.

2256 - Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.

2262 - Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsi ilə üzləşəcək.

2288 - Zaman yolçuluğu başlayacaq, yadplanetlilərlə yeni təmaslar olacaq.

2299 - Fransada İslama qarşı üsyan başlayacaq.

2480 - İnsanın süni yaratdığı iki Günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.

3005 - Marsda savaş başlayacaq.

3797 - Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaq.

 

Vanqanın verdiyi düzgün öngörmələr

1942-ci ildə Vanqa Bolqar çarı III Borisə deyir: “Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla”. 28 avqust 1943-cü ildə Bolqar çarı Boris vəfat etdi.
1968-i ilin yanvar ayında Vanqa deyir: “Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq”. 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.


1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: “Kiyev yaxınlığında böyük bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət çəkəcəklər”. Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.

1989-cu ildə Vanqa xəbərdarlıq edir: “Qorxu, qorxu! Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar. Günahsız insan qanı axacaq”. 2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin “əkiz bina”sı dağılır, xeyli günahsız insan tələf olur.

1990-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: “Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyyətə ən az səs toplayanlardan biri gələcək”. Həqiqətən, bir neçə aydan sonra heç kimin gözləmədiyi halda Rusiyada hakimiyyətə Boris Yeltsin gəlir.

“1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq”. Bəli, insanlar Kursk kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın “Kursk” atom sualtı gəmisi həqiqətən su altında qaldı.

 

Novruz NOVRUZLU

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü