Arxiv
13 May 2019, 17:19 | MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi nüfuzlu mükafatın qaliblərini elan etdi - SİYAHI

Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını keçirir.

Növbəti dəfə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanıb və cari ilin 29 mart tarixində qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.


Modern.az nazirliyə istinadən xəbər verir ki, akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d., professor Nizaməddin Şəmsizadə, fil.e.d., professor Telman Cəfərov, fil. e. d. Vaqif Yusifli, fil. ü. f. d., “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, fil.ü.f.d. Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

 

Nəsr nominasiyası üzrə

Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı

Mübariz Örən. “Balıq gülüşü” kitabı

 

Poeziya nominasiyası üzrə

Salam Sarvan. “Heykəl tənhalığı” kitabı

Vaqif Bəhmənli. “Qansız savaş” kitabı

İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı

 

Ədəbi tənqid və publisistika nominasiyası üzrə

Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı

Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı

 

Orijinaldan bədii tərcümə nominasiyası üzrə

Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı

Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı

 

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı

Solmaz Amanova“İlmənin macəraları” kitabı

Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı

 

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı

Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı

 

Mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb 20 May 2019, 11:25 Xoca Əhməd Yəsəvinin həyatı - IV YAZI 20 May 2019, 11:20 Rüstəm Xəlilov: “Kiminsə qarşısında öhdəliyim yoxdur” - MÜSAHİBƏ 20 May 2019, 11:11 Zelenski andiçmə mərasiminə piyada getdi  20 May 2019, 11:07 Saakaşvilinin həyat yoldaşı mer seçkilərində uduzdu 20 May 2019, 11:01 BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə dəfə baş çəkdi 20 May 2019, 10:45 DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40 Ermənistan ordusunün əsgəri öldü 20 May 2019, 10:37 Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb 20 May 2019, 10:32 Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27