Modern.az

Dünyada spirtli içki qəbulu artır, Azərbaycanda azalır - FAKTLAR

Dünyada spirtli içki qəbulu artır, Azərbaycanda azalır - FAKTLAR

Dünya

15 May 2019, 08:41

Dünyada alkoqollu içkilərin istehlakı artır.

 

Modern.az-ın məlumatına görə, son araşdırmalar 1999-2017-ci illərdə alkoqol istehlakının 10% artdığını göstərir. Amma bu artım ölkədən-ölkəyə dəyişir.

 

Belə ki, 189 ölkədə 1990-cı il üçün 15-99 yaş arası hər kəs ildə 5,9 litr təmiz spirt qəbul edirdisə, 2017-ci ildə bu göstərici 6,5 litrə çatıb. Hazırkı tempin qorunacağı halda, 2030-cu ildə hər insanın ildə içdiyi alkoqollu içki həcmi 7,6 litr təmiz spirtə bərabər olacaq.

 

Dünya əhalisinin və insanların qəbul etdiyi məhsulların sayının artması bu amilə dəstək verir. Amma 1990-2017-ci illər ərzində Azərbaycan, Rusiya, Böyük Britaniya və Peruda alkoqol qəbulu xeyli azalıb. Adambaşına qəbul edilən alkoqol həcminə görə Moldova (1 adama il ərzində 15 litr təmiz araq düşür), ən az isə Küveytin  (0,005 litr) payına düşür.

 

2030-cu ilə qədər dünya əhalisinin 40%-i alkoqollu içki qəbul etməyəcək, 50%-i müntəzəm, 23%-i isə ayda 1 dəfə olmaqla qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı