Modern.az

Tacikistanda oxumaq istəyənlərin diqqətinə - təqaüd proqramı elan edildi

Tacikistanda oxumaq istəyənlərin diqqətinə - təqaüd proqramı elan edildi

15 May 2019, 17:05

Tacikistanın Təhsil və Elm Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

 

Modern.az-ın məlumatına görə, bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus dilidir.

 

Təqaüd proqramına iddiaçılar mayın 26-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə (//www.app.htp.edu.az) müraciət etməlidirlər.

 

Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış,  elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin avqust ayında veriləcəyi gözlənilir.

 

Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir