Arxiv
16 May 2019, 14:11 | AKTUAL
Sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Fazil Mustafa,
Milli Məclisin üzvü

Alman filosofu Kantın bir təsbitindən başlamaq istərdim:"Biz intizam, mədəniyyət və sivillik dövründə yaşayırıq, lakin mənəviyyatın yayıldığı dövrdən hələ də xeyli uzağıq. Əgər insanlara yüksək mənəviyyat və müdriklik aşılamırıqsa, onda onları necə xoşbəxt edə bilərik? Axı onda yamanlıq heç vaxt azalmayacaq!"

Bu ayda iki diqqətçəkici məqam üzərindən Kantın yuxarıdakı təsbitinin praktik açılışına çalışacağam. Ramazan ayı bizim üçün, xüsusilə də azərbaycanlılar üçün ömrü, onun mənasını, mədə ilə ruhun vəhdəti və antoqonizmini, saxta inanclılıqla səmimi ədalətli insan hədəfi arasında düşünmə fürsətidir. İnanarsan-inanmazsan öz işindir, ancaq bu ilahi fenomenə gündəlik həyatda rast gəldiyimiz qanvermə aksiyası kimi, uşaqlara kitab dağıtma, könüllü şəkildə ictimai yerlərdə ağac əkmə, qocalar evindəki insanlara, xəstə və əlillərə şəfqət göstərmə kimi bir qəbildən də yanaşmaq olar. Bütün hallarda Ramazan ayı insanları həm ruhunu, həm də mədəsini təmizləməyə çağıran, onlara barışı, sağlamlığı, yeməyini, suyunu, sevgisini, mərhəmətini paylaşmağı təşviq edən bir fürsətdir. Azərbaycan televiziyalarına baxirsınızmi, bir-iki veriliş xaricində bir müzakirə, Quranın gerçək mesajlarının alimlər vasitəsilə çatdırılması, xeyirə, insanlığa çağırış, nadanlığın, cəhalətin, xurafatın fəsadları mövzusunu izləyə bilirsinizmi? Hamımızın diqqəti saxur vaxtından başlayaraq qardaş Türkiyənin bir-birindən dəyərli din bilginlərinin, filofoslarının səviyyəli müzakirələrinə yönəlib. Öyrənirsən, düşünürsən, faydalanırsan. İndi söyləyə bilərsinizmi ki, bu ölkədə dini cəhalətin, yobazlığın, savadsızlığın günahı kimdədir? Dövlətimizə bundan böyük pislik ola bilməz, axı din mənəviyyatımızın ayrılmaz bir atributudur, onun dünyəvi dövlətimiz üçün təhlükəyə çevrilməməsi üçün insanları maarifləndirmək, onlara humanist mesajları çatdırmaq niyə əhəmiyyətsiz bir iş sayılmalıdır? Hər il eyni anlayışla qarşılaşırıq və bu yanlışlığın haraya qədər varacağını da müəyyənləşdirə bilmirik. İndi Kantın dediyi mənəviyyatı əxlaqsızlıq, bayağılıq, dedi-qoduçuluq formasında efirdən insanlara dayanmadan aşılayacaq bir zehniyyətə təslim olan bu Vətənin övladları necə ermənidən, gürcüdən daha üstün dövrün tələblərinə hazır şəkildə yetişə biləcəklər?

Yaxşı dini maarifçiliyə önəm vermirik, məktəbdə öyrədilməsinə təhlükə kimi yanaşırıq, anlaşıldı. Bəs cəmiyyətimizin mənəviyyatını tənzimləyən digər alternativlər necə? Bu həftə içində Azərbaycanın böyük şairi Ramiz Rövşənin Bakının mərkəzində iki kitab evində yeni kitablarının təqdimat mərasimi oldu. İnanın ki, əlimdə imkan olsaydı, canlı yayınla televiziyalardan bu tədbirləri verərdim. Sənət, estetik görüşlər, fəlsəfi düşüncələr, ədəbiyyat sevgisi. Biz axı niyə mənəviyyat aşılamaqdan imtina edirik? Bu cür tədbirlərdən reportaj hazırlamaq nə qədər çətindir ki? Nə elmi, nə dini, nə ədəbiyyatı doğru-dürüst çatdırmırıq, təbliğ etmirik, sonra da deyirik ki, kütük, cahilik, qabiliyyətsizik!

Alman, Kantın mesajını anladığına görə dünyada söz sahibi olan mədəni millətlər sırasında sabit yerini qoruyub saxlayır. Bizim anlamaq istədiyimiz kimsə varmı? Mənəviyyatın və müdrikliyin aşılanmasını öz içimizdən olan Ramiz Rövşən deyəndə eşidilmir, heç olmazsa və kaş ki, Kantın söylədiyini eşidəydik...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02 Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib 23 Fevral 2020, 15:46 Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 23 Fevral 2020, 15:35 Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar... 23 Fevral 2020, 15:30 Berlində soydaşlarımızla görüş olub – FOTOLAR 23 Fevral 2020, 15:04 Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı 23 Fevral 2020, 14:43 Türkiyədə zəlzələdə ölü sayı 8-ə çatdı 23 Fevral 2020, 14:31 XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI 23 Fevral 2020, 14:16 Baş redaktor 29 yaşında həyatını itirdi 23 Fevral 2020, 14:00 Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı 23 Fevral 2020, 13:39 Bakıda sabah 11 dərəcə isti olacaq 23 Fevral 2020, 13:23 İsrailin Çindəki səfiri karantinǝ alındı 23 Fevral 2020, 13:14 İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı 23 Fevral 2020, 13:02 Messidən inanılmaz rekord - 1000+ qol 23 Fevral 2020, 12:43 Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş FACİƏ 23 Fevral 2020, 12:24 Bu gün magistraturaya qəbul imtahanı keçirilir 23 Fevral 2020, 12:00