Arxiv
19 May 2019, 16:02 | AKTUAL
Azərbaycanlı gənclərin Roma forumu keçirilib  

 

Mayın 18-də Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib.

 

Modern.az xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədr müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva, 200 nəfərə yaxın tələbə iştirak ediblər.

 

Forumu Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Fərid Abbasov açıb.

 

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dövlətlərimiz arasındakı ikitərəfli münasibətlər, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq, İtaliyada təhsil alan azərbaycanlıların dövlətlərarası münasibətlərdə rolundan danışıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropada təhsil alan azərbaycanlı tələbələrin diaspora fəaliyyəti barədə ətraflı məlumat verərək, bu qitədə diasporun formalaşmasında gənclərin roluna, təhsil səhəsində həyata keçirilən mübadilələrə, İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasına diqqəti cəlb edib.

 

O, bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və qorunmasında gənclərimizin rolu böyükdür. Odur ki, gənclərimizin keyfiyyətli təhsil alması olduqca vacibdir.

 

Azərbaycan dövlətinin gənclərə qayğı və diqqətlə yanaşdığını vurğulayan F.Muradov xatırladıb ki, məhz xaricdə təhsil alan soydaşlarımız Vətənimizlə bağlı Qərb ölkələrində keçirilən tədbirlərdə fəallıq nümayiş etdirirlər. Bunun nümunəsi "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər zamanı hiss edilir, bu yaxınlarda isə Brüsseldə keçirilən aksiyada da bir daha sübut olundu.

 

Azərbaycanın Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Avropada təhsil almış tələbələrin diplomlarının tanınması və nazirlik tabeliyində olan qurumlarla iş imkanlarından danışıb. O, qeyd edib ki, dövlət proqramı əsasında xaricdə 3500-dən çox azərbaycanlı gənc təhsil alıb və Avropada təhsil alan hər bir azərbaycanlı gənc ölkəmiz üçün qiymətlidir. N.Məmmədli deyib ki, Vətənimizin gələcəyi üçün daha yaxşı kadrların hazırlanması prioritet məsələlərdən biridir. Buna görə də xaricdə təhsil almaq üçün hər cür şərait yaradılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva Avropada təhsil almış və ixtisaslaşmış kadrlar üçün Azərbaycanda potensial iş imkanları barədə məlumat verib. O, ölkəmizdə tətbiq olunan sosial-intisadi innovasiyalardan və gənclər arasında sahibkarlığın inkişafından danışıb.

 

Tədbir fikir mübadiləsi ilə davam etdirilib. Dövlət qurumlarının rəsmiləri gənclərin Avropada qarşılaşdıqları problemləri diqqətlə dinləyiblər və onların bütün suallarına ətraflı cavab veriblər.




BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əfqanıstanda hava limanında atışma 23 Sentyabr 2019, 23:03 Yerə nəhəng asteroid yaxınlaşır 23 Sentyabr 2019, 22:50 Azərbaycanda 7 ayda 33 647 ölüm halı qeydə alındı 23 Sentyabr 2019, 22:31 Bakıda gənc qadın itkin düşüb 23 Sentyabr 2019, 22:14 4 ballıq  zəlzələ Gürcüstanı silkələdi 23 Sentyabr 2019, 21:57 Ermənistanın məsuliyyətsiz davranışı sülh danışıqlarını şübhə altına salır 23 Sentyabr 2019, 21:43 "Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56