Modern.az

“20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb

“20 gün erməni girovluğunda - Qarabağ həqiqətləri”  filminin çəkilişi başlayıb

Aktual

20 May 2019, 11:25

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi yeni layihəyə start verib.

Modern.az xəbər verir ki, İctimai Birlik “20 gün erməni girovluğunda – Qarabağ həqiqətləri”  filminin çəkilişinə başlayıb. Film uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində məsul vəzifələrdə çalışan, bütün fəaliyyəti dövründə yersiz torpaq iddiasında olan millətçi ermənilərə qarşı sərt mövqe nümayiş etdirən və bu fəaliyyətinə görə ermənilər tərəfindən 20 gün girovluqda saxlanılan vətənpərvər ziyalı Arif Əliyevdən bəhs edir.


Qeyd edək ki, 1990-cı ildə keçmiş Ağdərə rayonunda ikinci katib vəzifəsində işləyən Arif Əliyev həm sıravi sakinlər, həm də rayon rəhbərliyində təmsil olunan ermənilər tərəfindən ciddi şəkildə təzyiqlərə məruz qalıb. Dəfələrlə açıq şəkildə ona rayonu tərk etməsi haqqında xəbərdarlıq edilib. Bununla yanaşı onun bütün fəaliyyəti, hətta telefon danışıqları izlənilib. Bütün bu təzyiqlərə baxmayaraq Arif Əliyev millətçi ermənilərin milli münaqişə zəminində törətdiyi əməllərə göz yummayıb və rayon fəallarının yığıncağında çəkinmədən bu işin təşkilatçılarını sərt tənqid edib. Sonuncu dəfə ona rayonu bir sutka ərzində tərk etməsi haqqında  telefonla xəbərdarlıq edilib. Bütün bu xəbərdarlıqlara baxmayaraq Arif Əliyev doğma yurd yerlərini tərk etməyib.


10 sentybar 1990-cı ildə Arif Əliyev Ağdərədə yaranmış gərgin vəziyyəti nəzərə alaraq ailəsini Füzuli rayonuna aparıb. Elə həmin gün də Ağdərəyə qayıdarkən Xocavənd rayonu ərazisində Arif Əliyev ermənilər tərəfindən girov götürülüb. Onun girov götürülməsi əvvəlcədən planlaşdırılıb. Ağdərədən öz xidməti avtomobili ilə çıxan Arif Əliyev yolboyu təhdid olunub və geri dönərkən Xacavənd rayon ərazisində üzüm bağlarının yaxınlığında ermənilər xüsusi əməliyyatla onun maşınının qarşısına yük maşını çıxarıblar. Beləliklə də Arif Əliyevin olduğu avtomobilin hərəkəti məhdudlaşdırılıb, özü və sürücüsü girov götürülüb.


Filmin şəkilişi Bakı və Gəncə şəhərlərində, Ağdam, Bərdə, Tərtər rayonlarında və Ağcakənd qəsəbəsində  aparılacaq.


Layihənin rəhbəri “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, filmin ssenari müəllifi jurnalist İlham Cəmiloğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü