Arxiv
24 May 2019, 12:26 | PARLAMENT
Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib”

“Manipulyasiyalar nəticəsiz qalacaq və  ölkəmiz növbəti dəfə idman tarixinə, mükəmməliyi ilə yeni səhifə əlavə edəcək”.

Bunu Modern.az-a “Amnesty İnternational” təşkilatının Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsi barədə qərəzli fikirlərinə münasibət bildirərkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. O bildirib ki, növbəti həftə keçiriləcək idman bayramını həmin təşkilatın müzakirə etməməsi təəccüb doğurardı:


“Çünki, bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda möhtəbər tədbirlər öncəsi absurt fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi, bir sıra dairələr tərəfindən təhlil olunur və  “Amnesty İnternational” bu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin, bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir.  Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycan müasir idman infrastrukturunun yaradılmasında və bu yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Cənab İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib”.


Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan  özünün milli dəyərlərini təqdim etməklə yanaşı,  ölkəmizdə xalqımıza əsirlər boyu mənsub olan multikultral və tolerant dəyərlərin bütün dünyaya nümayiş etdirir:

“Dinindən, dilindən, irqindən  aslıolmayaraq, bütün vətəndaşlara və  təşrif buyuran qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının, məhz respublikamızda keçirilməsi, Azərbaycan xalqının və dövlətinin multikulturailzmə ən böyük töhfəsidir. Bu baxımdan,  müxtəlif qərzəli bəyanatların verilməsi və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salamağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz faktiki olaraq dünya ölkələrinin böyük bir qismində islamafobiya,  dini simvollara qarşı dözümsüzlüyün şahidi oluruq. Lakin, Azərbaycanda münasibət tam əksinədir və bu dəfələrlə subut olunub. Beynəlxalq idman yarışının siyasiləşdiriləməsi, onun başqa məcralara yönəldilməsi, yalnız anti – Azərbaycan qüvvələrin  qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu olada bilməz. İşgüzar səfərlər, eləcə də istirahət məqsədi ilə təşrif buyuran qonaqlar və turistlər, xöş təəssüratlarla ölkəmizdən ayrılırlar, bu  haqda  müsbət ifadələrini dilə gətirirlər. Turistlər qeyd edirlər ki, Azərbaycan bu gün Avropadan da fəqlənən dövlətdir, çünki burda təhlükəsizlik dövlət tərəfindən tam təmin olunur, eləcə də  sadə insanların qonaqpərvərliyi  heyran edir. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və bu gün əldə etdiyi uğurlara qısqanclıqla yanaşanlar, ermənipərəst dairələr qərəzli ifadələrlə özlərini bürüzə verəcəklər”.

Ermənistanın yanaşmasının və yürütdüyü yanlış siyasətin onun işğalçılıq mövqeyinin davamı olduğunu vurğualyan deputat bu fikrini misalla təsdiq edib:


“Dəfələrlə təhlükəsizliyin təmini barədə  ölkə rəhbərliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarına və açıqlamalarına baxmayaraq, Arsenalın oyunçusunun ölkəmizə gəlmək qorxusunu diləgətirməsi və gəlməmək istəyi, qeyd olunanların bariz nümunəsidir. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız  iddialar sələndirir və şəxsi mənafeləri naminə addımlar atırlar . Nəzərə alsaq ki, Henrix Mxitaryan son dövürlər heç bir maraqlı performans və peşəkər oyun təqdim etmir, bu cür yanaşmanın öz xeyrinə yönəltməsini açıq aydın görmüş olarıq.  Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir. Fərq göz qabağındadır və Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu günü-gündən artırır. Dünyada sülhün və sabitliyin bəqərar olması istiqamətində multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verərək, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar  təsir edə bilməyəcək,bu cür manipulyasiyalar nəticəsiz olaraq qalacaqdır və  bütün dünya ölkəmizdə növbəti həftə baş verəcək, yüksək səviyyəli  idman bayramının şahidi olacaqdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17 Ermənistan Türkiyə ilə sərhəddə təlimlər keçirəcək 20 Yanvar 2021, 19:08 Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb 20 Yanvar 2021, 18:49