Modern.az

Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi

Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi

Aktual

25 May 2019, 10:06

Bu gün səhər saat 4 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki yarımtikilinin qapısından asaraq intihar edib.

 

Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

Virtualaz.org

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi