Modern.az

Səfər Mehdiyev gömrükdəki daha bir yenilikdən DANIŞDI

Səfər Mehdiyev gömrükdəki daha bir yenilikdən DANIŞDI

Aktual

12 İyun 2019, 11:46

Sabah Dövlət Gömrük Komitəsi İBM şirkəti ilə yükdaşıma sahəsində anlaşma müqaviləsi imzalayacaq.

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları Konfransı və Sərgisi”ndən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olduqca mühümdür: “Bu müqavilə Azərbaycanda bir ilk olacaq. Blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi deməkdir. Bu texnologiyanın ölkəmizə gətirilməsi sürətli keçid əməliyyatının daha sürətləndirilməsi, asanlaşmasında, sahibkarların idxal-ixrac əməliyyatlarında işinin daha da asanlaşması üçün atılacaq bir addımdır. Avropadan və dünyanın istənilən yerindən Azərbaycana gələn yük barəsində bütün məlumatları – onun həcmi, hansı şirkətə məxsus və istehsal məlumatları olması barədə ilkin məlumatları əldə edəcəyik”.

 

Komitə sədri bildirib ki, bu texnologiyanın tətbiqi onlayn olaraq bütün qurumlara istifadə etməyə imkan verəcək və bu məlumatlar bizim bazaya inteqrasiya edilməsinə imkan verəcək. S. Mehdiyev deyib ki, gələcəkdə bu texnologiya həm hava, həm də quru daşımalarında da öz əksini tapacaq. DGK sədri deyib ki, ilin sonuna qədər bu razılaşmanın təbiqi mümkün olacaq. S.Mehdiyev həmçinin digər ölkələrlə də blokçeyn texnologiyalarının tətbiqi sahəsində də anlaşmaq üçün hazırlaşdıqlarını qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı