Modern.az

Minimum əməkhaqqı artdı - 250 manat

Minimum əməkhaqqı artdı - 250 manat

18 İyun 2019, 19:31

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

 

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər