Arxiv
21 İyun 2019, 11:55 | ƏDƏBİYYAT
Uzaq əsrlərin dolaylarında, yaxud tarixi keçmişimizə səmtlənən işıq

Akif Cabbarlı


Bu günlərdə hörmətli həmkarım, tanınmış publisist, populyar teleaparıcı və ssenarist, Əməkdar jurnalist Flora xanım Xəlilzadə yenicə çapdan çıxmış “Hökmdar qadınlar” kitabı ilə onu hər zaman dəyərləndirən əziz və yaxın adamlarını, elə bizim ailəmizi də ürəkdən sevindirdi. Onun şeirlərini, publisistik yazılarını, tariximizin müxtəlif dövrlərindən bəhs edən məqalələrini, dünyanın bir çox ölkəsində rastlaşdığı insanlar və hadisələr barədə yol qeydlərini oxuyan hər kəs bu nəcib və kövrək söz adamının yaradıcılıq axtarışlarından, arzuolunmaz və gözlənilməz dilemma və sürprizlər qarşısında sərgilədiyi cəsarətindən və mübarizliyindən yaxşı xəbərdardır. Elə xarakterində, davranışında və əsərlərində gözə dəyən, ürək açan xüsusiyyət və prinsiplər “Hökmdar qadınlar” kimi dolğun tarixi araşdırmalar toplusunu araya-ərsəyə gətirməsinə də gen-bol rəvac verib.

Flora xanım indiyədək “Analar”, “Taleyimdən keçən adamlar”, “Yolum düşə Zəngəzura”, “Yazdıqlarım”, “Ruhumun ünvanı Şuşa” kitabları, bir neçə uşaq hekayələri toplusu, xalqımızın, millətimizin taleyinə, bu gününə geniş spektrdə işıq salan bir çox əsərləri ilə oxucuların görüşünə gəlib və sözün əsl mənasında hər kəsi öz baxışları və yaradıcılıq prinsipləri ilə valeh edib. “Hökmdar qadınlar” da müəllifin keçmişimizə, uzaq əsrlərdən bəri millətimizin, soykökümüzün şərəfini, ləyaqət və namusunu uca tutan, həyatsevərlik və həmişəyaşarlıq simvoluna çevrilməyi bacaran kişi qeyrətli qadınlarımıza sevgi və məhəbbətini sübut edən ədəbi-bədii və tarixi bir avtoqraf mislindədir və tarixi keçmişimizə səmtlənən, əsl vətəndaş yanğısıyla süslənən, odu-alovu ilə uzaq-uzaq əsrlərə işıq saçan yetkin bir əsər kimi dəyərləndirilməlidir. İslam və türk dünyasını, doğma Azərbaycanımızı təmsil edən dünya şöhrətli, isgəndərləri, kirləri qarşılarında diz çökdürən hökmdar qadınlarımız barədə tarixi oçerklər sadəcə o dövrlərin hadisələrinin xronoloji ardıcıllığa söykənən statistik təfsiri deyil, yüksək professionallıqla qələmə alınmış hekayətlər kimi olduqca qiymətlidir və elmi ictimaiyyətimizin, sadə oxucuların, tariximizlə maraqlanan söz-sənət adamlarının hər zaman diqqətini çəkəcək səviyyədədir.

Flora xanım bütün Şərqdə müdrikliyi, iradə və yenilməzliyi ilə tanınan Tomris Anadan, Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin nəvəsi, Məhəmməd Cahan Pəhləvanın övladı, Qızıl Arslanın qızı Cəlaliyyə xanımdan, Misir Sultanı Şəcər Uddurdan, Kutduq dövlətinin hökmdarı Türkan xatundan, Fətəli xanın xanımı Tutu Bikədən, Azərbaycanın görəkəmli şairi, Qarabağ hakimi Mehdiqulu xanın qızı, Şuşada “Məclisi-üns” ədəbi məclisinin 25 il rəhbəri olmuş Xurşudbanu Natəvandan və digər sultan xanımlardan əsl övlad sevgisiylə söhbət açır, oxucunun uzaq əsrlərə səyahətində yorulmadan onlara yoldaşlıq da edir. Bu hekayətləri oxuyan hər kəsdə qəti bir qənaət formalaşır ki, cəhalətin, geriliyin, fanatizmin tüğyan elədiyi uzaq yüzilliklərdə damarlarında əsl türk qanı axan analarımız haqqın, ədalətin keşiyində mərdliklə dayanmağı bacarmış, öz ərləri, qardaşları və oğulları ilə nər kimi çiyin-çiyinə vətənin bütövlüyü, dilimizin və dinimizin qorunması, soydaşlarımızın salamatlığı uğrunda çarpışmalarda təkrarsız fədakarlıq göstərmiş, adlarını tarixin yaddaşına pozulmaz naxışlarla yazdıra bilmişlər.

Flora Xəlilzadənin “Hökmdar qadınlar” kitabına ön söz yazan filologiya üzrə fəlsəfə doktoru, tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Sona xanım Vəliyeva çox haqlı olaraq qeyd edir ki, “...müdriklik və cəsurluq, eləcə də yüksək idarəçilik keyfiyyətlərinə malik olmaq İlahi tərəfindən insana hədiyyə olunanda onun qadına və ya yalnız kişilərə verilməsi məsələsində ayrıseçkilik qoyulmayıb. Xalqına qəlbən vurğun olmaq və fədakarlıqla, ədalətlə idarəçilik qabiliyyətinə malik olmaq əsas şərtdir”. Sona xanım Vəliyevanın gəldiyi bu qənaət bütün zamanlar üçün xarakterikdir və olduqca qiymətlidir.

“Vektor BEA” tərəfindən nəşr edilən “Hökmdar qadınlar” araşdırmalar toplusundakı yazılar vaxtilə “Kaspi” qəzetinin oxucularına da təqdim edilib.


P.S. Sonda yeni kitabı münasibətilə Flora Xəlilzadəni təbrik edir və ürəyimdən keçən bir arzumu da bildirirəm – tariximizə bu cür yaradıcı məhəbbət sərgiləyən müəllifi bu sahənin səriştəli bilicisi və aparıcısı olaraq elmi dərəcə ilə dəyərləndirmək mümkündür, ya yox...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra Hakimiyyətindən ağac kəsimi ilə bağlı iddialara CAVAB 26 Fevral 2020, 10:30 Sumqayıtda dava düşdü, 2 qardaş bıçaqlandı 26 Fevral 2020, 10:27 Rusiyada hakim partiya adını dəyişir 26 Fevral 2020, 10:22 Bakıda ər arvadını bıçaqladı 26 Fevral 2020, 10:16 Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək 26 Fevral 2020, 10:11 Daha bir Azərbaycan sakini terrorçu şəxslər siyahısına əlavə olundu 26 Fevral 2020, 10:10 İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi 26 Fevral 2020, 10:05 İşsiz və işaxtaran şəxslərə ŞAD XƏBƏR 26 Fevral 2020, 10:00 “Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir” - Nazir 26 Fevral 2020, 09:54 İlham Əliyevdən Xocalı soyqırımı ilə bağlı paylaşım - FOTO 26 Fevral 2020, 09:49 Azərbaycana qayıtmaq üçün keçmiş arvadına 13 min manat ödəməli oldu 26 Fevral 2020, 09:47 Cəbhədə gərginlik artıb - düşmən snayperlərini yenidən işə saldı 26 Fevral 2020, 09:43 Azərbaycanda kollec yanaraq kül oldu 26 Fevral 2020, 09:39 Qoruyucu maskalardan düzgün istifadə QAYDALARI 26 Fevral 2020, 09:33 Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərin sayı ARTDI 26 Fevral 2020, 09:30 İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya YERLƏŞDİRİLDİ 26 Fevral 2020, 09:25 Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb 26 Fevral 2020, 09:19 Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ...  26 Fevral 2020, 09:13 Ev dustağı edilən icra başçısının xanım müavini barəsində SENSASİON İDDİALAR 26 Fevral 2020, 09:07 Leyla Əliyevadan Xocalı soyqırımı paylaşımı - VİDEO 26 Fevral 2020, 09:00 İsgəndər Həmidov vəfat etdi 26 Fevral 2020, 08:51 “Barselona” İtaliyadan vacib qolla dönür 26 Fevral 2020, 02:26 “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir”  - Mehriban Əliyeva 26 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 2,4 min nəfəri ötdü 26 Fevral 2020, 00:29 Mingəçevirdə güclü külək ağacı qadının üzərinə aşırıb 26 Fevral 2020, 00:18 Xocalı soyqırımından 28 il ötür: Azərbaycanda həyat 1 dəqiqəlik dayanacaq   26 Fevral 2020, 00:00 “Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər”  - Ərdoğan 25 Fevral 2020, 23:48 Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub 25 Fevral 2020, 23:36 “Bir-birimizə arxayıq, bir-birimizə dayağıq”  - Azərbaycan Prezidenti 25 Fevral 2020, 23:23 Yer kürəsinə yaxınlaşan asteroidləri kənarlaşdırmaq mümkün olacaq 25 Fevral 2020, 23:17 “Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir” - İlham Əliyev 25 Fevral 2020, 23:04 Ərdoğan Bakıda futbol matçını Əliyevlə birgə izləmək istəyir 25 Fevral 2020, 22:53 Məhkəmələrin seçkilərlə bağlı fəaliyyəti tam başa çatmayıb 25 Fevral 2020, 22:41 Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər 25 Fevral 2020, 22:33 MSK seçkilərə yekun vurdu: sənədlər Konstitusiya Məhkəməsinə göndərilir 25 Fevral 2020, 22:19