Arxiv
24 İyun 2019, 09:10 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar: Məşədi İbadı meymuna oxşadan “intelligent” - Mustafa Mərdanov + FOTOLAR

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Bu il respublika xalq artisti Mustafa Mərdanovun anadan olmasının 125 illiyidir.


Azərbaycanın görkəmli teatr xadimi Mustafa Mərdanov 28 fevral 1894-cü ildə İranın Mərənd şəhərində tacir ailəsində anadan olub. Görkəmli aktyorun böyük səhnəyə gəlişi onun Tiflis oğlan gimnaziyasında oxuduğu illərə təsadüf edib. O, 1909-cu ildə Zubalov adına Xalq teatrında müsəlman dram dərnəyi tərəfindən qoyulan tamaşalarda istirak etməyə başlayır. Daha sonralar Mustafa Mərdanovun böyük teatr ustası Hüseyn Ərəblinski ilə tanışlığı onun gələcək səhnə fəaliyyətində əhəmiyyətli rol oynayır.

Mustafa Mərdanov 1920-ci ildə “Qızıl Azərbaycan” təbliğat qatarında rejissor kimi fəaliyyət göstərib. 1922-ci ildə isə Gürcüstan SSR Xalq Maarif Komissarlığı tərəfindən Tiflis Türk Dram Teatrının direktoru təyin olunub.


1923-cü ildə Bakıya gələn M.Mərdanov Azərbaycan Dövlət Teatr İncəsənəti İnstitutunu bitirərək Azərbaycan Dövlət Dram Teatrına işə qəbul olunur. Ömrünün 55 ilini incəsənətə həsr edən görkəmli səhnə ustası məhz bu teatrda istər klassik, istərsə də müasir həyatdan bəhs edən 200-dən artıq tamaşada müxtəlif səpkili obrazlara həyat verib. Bunlardan İmamverdi, Əbdül, Dönməz (“1905-ci il”, “Solğun çiçəklər”, “Od gəlini” – C.Cabbarlı), Həsənov, Alışov ( “Həyat”, “Kəndçi qızı” – M.İbrahimov), Şmaqi (“Günahsız müqəssirlər” – A.Ostrovski), Mürşüd (“Xoşbəxtlər” – S.Rəhman), Fiqaro (“Fiqaronun toyu” – P.Bomarşe), Vəzir (“Vaqif” – S.Vurğun), Bərbərzadə (“Atayevlər ailəsi” – İ.Əfəndiyev), Xlestyakov (“Müfəttiş” – N.Qoqol), Polonya, Kapuletti, Malvolio, Rodriqo (“Hamlet”, “Romeo və Culyetta”, “12-ci gecə”, “Otello” – V.Şekspir) kimi rolları sadalamaq olar.


Onun səhnə fəaliyyəti kinodakı işi ilə də sıx bağlı olub. “Bismillah” (muzdur Qulu), “Müxtəlif sahillərdə” (Abbas), “Hacı Qara” (Kərəməli), “26 Bakı komissarları” (menşevik), “Sevil” (Atakişi), “Bakılı” (menşevik), “Fətəli xan” (Şirin kişi), “Kəndlilər” (Təhməz, bu filmi aktyorun kiçik qardaşı Səməd Mərdanov çəkib), “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır” (Məmməd kişi), “Səbuhi” (akademiya rəisi), “Görüş” (Əsgər), “Qanun naminə”(Murtuzov), “Qara daşlar” (Dəmirov), “Lətif” (Ələsgər) kimi filmlərə çəkilmiş Mustafa Mərdanov teatrda olduğu qədər, kino sahəsində də parlaq və yaddaqalan obrazlar yaradıb.


Mustafa Mərdanov Bakı şəhər radio yayım studiyasının yarandığı ilk günlərdən bu təşkilatla əməkdaşlıq edib. Əvvəlcə rejissor, daha sonra mətn oxucusu və radio teatrı ifaçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, böyük səhnə ustası öz ədəbi fəaliyyəti ilə tanınıb. Onun 50-dən çox rus dilindən Azərbaycan dilinə olan pyes tərcümələri ilə yanaşı, çoxsaylı xatirələri, memuarları və Azərbaycanın tanınmış teatr ustaları haqqında monoqrafiyaları var.


Mustafa Mərdanov incəsənət sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb (1943). Böyük səhnə ustası iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə yanaşı, digər yüksək mükafatlarla da təltif olunub.  


Bu gün görkəmli səhnə ustasının həyat və yaradıcılığını əks etdirən sənədlər Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunmaqdadır. Sənədlərin ilk hissəsi aktyorun özü tərəfindən 1966-cı ildə, daha bir hissəsi vəfatından sonra ailəsi tərəfindən Arxivə təhvil verilib. 1970-ci ildə isə sənədlər elmi-texniki cəhətdən işlənərək fond siyahısı tərtib olunub. 93 nömrəli fondda toplanan sənədlər 361 saxlama vahidindən ibarətdir. 
Fondda Azərbaycan teatr sənətinin tədqiqatçıları üçün kifayət qədər zəngin məlumat bazası toplanıb.



Cavid MƏMMƏDLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59 TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO 24 May 2020, 21:51 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 24 May 2020, 21:46 Türkiyədə daha 32 nəfər koronavirusdan öldü 24 May 2020, 21:31 Şahmat üzrə dünya çempionatı təxirə salındı 24 May 2020, 21:20 Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb 24 May 2020, 21:06 Bu ölkədə koronavirusdan ölü sayında ən aşağı göstərici 24 May 2020, 20:50 Karantin yataqxanaları tamamilə boşaldıldı 24 May 2020, 20:36 Bərdədə minik maşını yandı 24 May 2020, 20:26 Ərdoğanın şeir oxuması böyük maraq doğurdu - VİDEO 24 May 2020, 20:14 Paşinyanın bayram təbrikinə Azərbaycan XİN-dən CAVAB: Riyakarlığın ən yüksək səviyyəsidir 24 May 2020, 20:03 Bir şəklin TARİXÇƏSİ: 23 yaşlı Məhəmməd Əmin və “Nicat”... 24 May 2020, 19:20 Təbrik XƏSTƏLİYİ 24 May 2020, 18:50 İranda daha bir zəlzələ - yaralılar var 24 May 2020, 18:05 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir 24 May 2020, 17:58 ABŞ-ın Almaniyadakı səfiri istefaya hazırlaşır 24 May 2020, 17:48 Yunanlar türk yaxtasına atəş açdı- Akardan sərt açıqlama 24 May 2020, 17:37 Dünyanın ən təhlükəsiz ölkələri bəlli oldu 24 May 2020, 17:24 Məni devirmək istəyirdilər - Netanyahu məhkəmə önündə 24 May 2020, 17:16 COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüldü 24 May 2020, 17:08 Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 24 May 2020, 16:58 “Nu poqodi” cizgi filmi müasir üslubda hazırlanır 24 May 2020, 16:49 “Lufthansa” beynəlxalq uçuşları bərpa edir   24 May 2020, 16:40 Azərbaycanda koronavirus STATİSTİKASI: 4122 yoluxma, 2607 sağalma 24 May 2020, 16:28