Arxiv
9 İyul 2019, 13:55 | İQTİSADİYYAT
Azərbaycan gilası Afrikaya DAŞINIR - VİDEO

Dövlət Aqrar Ticarət Şirkəti fəaliyyət prinsiplərinə uyğun olaraq kiçik və orta fermer təsərrüfatı sahibləri ilə əməkdaşlıq edir, məhsulların satışını və ixracını həyata keçirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalara uyğun olaraq qeyri-ənənəvi satış bazarlarına yönələn Şirkət artıq Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyaya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir.

Bu barədə Şirkətdən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu günlərdə Nigeriyaya növbəti belə bir ixrac əməliyyatı aparılıb. Belə ki, Şirkətə müraciət edən Xaçmaz rayonu Manafoba kənd sakini Cabir Ağcabəyovun öz pay torpağında yetişdirdiyi “Napaleon” sortu gilas məhsulu Nigeriyaya ixrac edilib, məhsulun ödənişi isə ona "Fermer kartı" vasitəsilə edilib.

Dövlət Aqrar Ticarət Şirkətinin vasitəsilə Nigeriyaya ixrac edilən Azərbaycan gilası artıq paytaxt Abucanın marketlərində satışa çıxarılıb və yerli əhali tərəfindən maraqla qarşılanıb.

DATŞ direktoru Leyla Məmmədova ixrac əməliyyatlarının davamlı olacağını bildirib:  

“Şirkətimizin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində fəaliyyət məqsədlərimizə uyğun olaraq kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərmiş, onlar üçün yeni satış kanalları yaratmaqla bərabər, məhsulların qablaşdırılmasını həyata keçirmişik. Eyni zamanda Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı ilə məşğul olmuşuq, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar axtarışındayıq və bu fəaliyyətimiz uğurla davam edir. Hal-hazırda Dövlət Aqrar Ticarət Şirkəti olaraq Ukrayna, Rusiya, Gürcüstan, Nigeriya, Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixracını həyata keçiririk. Zaman keçdikcə ixrac etdiyimiz məhsulların həcmi və çeşidi, eyni zamanda ixrac edilən ölkələrin sayı artan templə davam edir. Azərbaycan kənd təsərrüfatı məhsullarına xarici ölkələrdə maraq böyükdür, çünki bizim məhsulların dadı və keyfiyyəti digərlərindən üstündür.” 

Fermerlər öz məhsullarını rahat şəkildə satmaq, eyni zamanda qablaşdırma, loqistika, ixrac məsələlərində kömək üçün Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edib, Şirkətin dəstəyindən yararlana bilərlər – deyə Leyla Məmmədova bildirib.

Məlumat üçün bildirək ki, Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək göstərmək, bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdən ibarətdir.

Bu məqsədlə Şirkət mütəmadi olaraq "Kənddən Şəhərə" satış yarmarkalarını təşkil edir, paytaxtın Nizami küçəsi 154B ünvanında eyniadlı satış mərkəzi də fəaliyyət göstərir. Satış mərkəzində kiçik və orta fermer təsərrüfatlarında yetişdirilmiş kənd məhsullarının, eləcə də yerli qida istehsalçılarının məhsullarının satışı həyata keçirilir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM 25 Yanvar 2021, 18:48 “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi 25 Yanvar 2021, 18:40 Azərbaycanda yoluxma 100-dən aşağı düşdü - 11 nəfər öldü 25 Yanvar 2021, 18:32 Gömrükdə 21 kq narkotik aşkarlandı - VİDEO 25 Yanvar 2021, 18:14 Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı 25 Yanvar 2021, 18:05 250 qırqovul vəhşi təbiətə buraxıldı 25 Yanvar 2021, 17:58 Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı 25 Yanvar 2021, 17:52 Ombudsmanın nümayəndəsi həbsdəki jurnalistlə görüşdü 25 Yanvar 2021, 17:46 İstanbulda İNSİDENT: 3 Rusiya vətəndaşı bıçaqlandı 25 Yanvar 2021, 17:40 Qafqazda yeni nizamın arxitektoru: Azərbaycan - TƏHLİL 25 Yanvar 2021, 17:35 Putin Davos forumunda bu tarixdə çıxış edəcək – AÇIQLAMA 25 Yanvar 2021, 17:29 MEDIA silsilə təbirlərə başladı - Hikmət Hacıyev ustad dərsi verdi 25 Yanvar 2021, 17:23 Milli Qəhrəmanın qızı Milli Məclisə gəldi 25 Yanvar 2021, 17:17 Ceyhun Bayramov - Cavad Zərif görüşünün təfərrüatları AÇIQLANDI 25 Yanvar 2021, 17:11 “Azərişıq” və “Azəriqaz” arasında memorandum imzalandı 25 Yanvar 2021, 17:05 Füzulinin Kürdlər kəndi - VİDEO 25 Yanvar 2021, 17:00 Gənc ailələrin sosial vəziyyəti müzakirə olunacaq 25 Yanvar 2021, 16:54 Co Baydenin Administrasiyası Azərbaycanda hansı partiyanı tanıyır... 25 Yanvar 2021, 16:48 Bayraq sancarkən şəhid olan bölük komandiri - FOTOLAR 25 Yanvar 2021, 16:43 ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı 25 Yanvar 2021, 16:38 Bu səfər o qədər də Zərif deyil... - ŞƏRH 25 Yanvar 2021, 16:32 Şəhid ailələri və qazilər 5 ilə mənzillə təmin olunacaqlar - RƏSMİ 25 Yanvar 2021, 16:29 “Böyük İyirmilik” sammiti Azərbaycana  yeni investisiya imkanları yaradacaq 25 Yanvar 2021, 16:23 Fərman İsmayılovun cənazəsi Bakıya göndərilir - FOTO 25 Yanvar 2021, 16:17 Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə müraciət - VİDEO 25 Yanvar 2021, 16:11 Putinə gizli sarayı ilə bağlı sual verildi: “Mənə məxsus deyil” 25 Yanvar 2021, 16:05 Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı 25 Yanvar 2021, 16:04 AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi 25 Yanvar 2021, 15:58 İranın nüvə proqramı təhlükədirmi?.. - TƏHLİL 25 Yanvar 2021, 15:52 Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi 25 Yanvar 2021, 15:47 30 prokurorluq işçisi CƏZALANDIRILIB 25 Yanvar 2021, 15:42 Lavrovla Zərif Qarabağı müzakirə edəcək 25 Yanvar 2021, 15:36 Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı 25 Yanvar 2021, 15:30 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21