Modern.az

Bakı Nəqliyyat Agentliyi nəhayət 423 parkinqi Meriyadan TƏHVİL ALDI

Bakı Nəqliyyat Agentliyi nəhayət 423 parkinqi Meriyadan TƏHVİL ALDI

12 İyul 2019, 12:44

“Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daha əvvəllər təşkil edilmiş 423 parklanma yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınıb”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev deyib ki, yerlər mütəxəssislər tərəfindən təhlil edilir:

“Lakin bu o demək deyil ki, qeyd edilən parklanma yerlərinin hər birində Agnetlik yenidən parklanma təşkil edəcək. Bu yerlər mütəxəssislərimiz tərəfindən təhlil edilir və yalnız məqsədəmüvafiq hesab edilən, yəni nəqliyyat sıxlığına, xüsusən də ictimai nəqliyyatın hərəkətinə maneə yaratmayan məntəqələrdə parklanma yerləri təşkil ediləcək. Parklanma yerlərinin idarə edilməsi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Yaxın aylarda vurğuladığım məsələlər öz təsdiqini tapdıqdan sonra işlərin icrasına başlanılacaq”.

 

O qeyni zamanda qeyd edib ki, hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən parklanmanın idarə edilməsi üçün zəruri olan komponentlərin təkmilləşdirilməsi işləri davam etdirilir:

“Bu işlərə Bakı şəhəri üzrə parklanma tələbatına uyğun olaraq zonaların müəyyənləşdirilməsi, bu zonalar üzrə qiymət tarifləri, onların qüvvədə olma vaxtlarının təyin edilməsi və qanunvericilikdən irəli gələn digər məsələlər daxildir. Qeyd edilən məsələlər parklanmanın idarə edilməsi üçün çox vacibdir. Parklanmanın düzgün idarə edilməsi Bakı şəhərində nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlıqların azaldılması, insanların şəxsi nəqliyyat vasitələrindən istifadədən çəkindirmək və ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün əsas amillərdən biridir.

Bu sadalananlara nail olmaq şəhərin ekoloji mühitini yaxşılaşdırmaq, atmosferin çirklənmə səviyyəsini aşağı salmaq, digər nəqliyyat vasitələrinin səyahət vaxtını və yanacaq sərfiyyatını azaltmaqla iqtisadi cəhətdən də müsbət nəticələr əldə etmək deməkdir”.

 

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Lakin müəyyən səbəblərdən parklama yerlərinin Meriya tərəfindən təhvili gecikdirilirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi