Arxiv
12 İyul 2019, 16:22 | REPORTAJ
“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU

Ölkə başçısının sərəncamı ilə bir qrup media təmsilçisi və qeyri-hökumət təşkilatlarının nümayəndəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif olunub.

Bundan əvvəl isə Milli Məclisin deputatlarına da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı verilmişdi.

“Cümhuriyyət medalı” ilə təltif olunan şəxslərin adları ictimaiyyətə bəlli olandan sonra sosial şəbəkələrdə ciddi müzakirələr açılıb. Bu müzakirələrdə heç vaxt Cümhuriyyət qurucularının adını çəkiməyən və ya AXC-nin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadəyə mənfi münasibətilə seçilən şəxslər yubiley medalı aldıqlarına görə tənqid edilib, onların mükafatdan könüllü imtina etməli olduqları vurğulanıb.

Müzakirələrdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı verilmiş şəxslərə Məhəmməd Əmin Rəsulzadəyə Bakıda abidə ucaldılması məsələsini qaldırmaq çağırışı da edilib.


Modern.az-ın əməkdaşı müzakirələrin davam etdiyini və məsələnin aktuallığını nəzərə alaraq, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuş bəzi şəxlərdən həmin çağırışa münasibət öyrənib.

Onlar Rəsilzadəyə Bakıda abidə qoyulması üçün məsələ qaldıracaqlarmı?

Milli Məclisin deputatı Naqif Həmzəyev:

“Müstəqil Azərbaycanımız Azərbaycan Xalq Cümhuriyyərinin varisidir. Cümhuriyyətimizin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Təbii ki, Cümhuriyyətimizin qurucularının xatirələri əbədiləşdirilməlidir. Bununla bağlı sərəncam da mövcuddur. Nəinki paytaxt Bakıda, gözəl şəhərimiz Gəncədə də “İstiqlal park”ı salınıb. Cümhuriyyətimizin yaradıcılarının abidəsinin ucaldılması fikrini mən də dəstəkləyirəm. Burda qeyri-adi bir şey yoxdur və bu layihələr inanıram ki, mütləq gerçəkləşdiriləcək”.

Deputat Cavid Osmanov:

“Məni bu məsələlərə qarışdırmayın. “Cümhuriyyət medalı”nı mənə cənab Prezident verib. Bizim fəaliyyətimizi dəyərləndirdiyi üçün Allah Prezidentimizin canını sağ eləsin. Bu təltif mənim üçün olduqca xoş oldu. Mən dövlətimizə, xalqımıza və mənsub olduğum Yeni Azərbaycan Partiyasına daim sədaqətlə qulluq edəcəm. Amma qeyd etdiyiniz mövzu mənim üçün maraqlı deyil, maraqlanmıram”.

Deputat Araz Əlizadə:

“Mən Modern.az saytı ilə işləmirəm, sizə açıqlama verməyəcəm”.


“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev:

“Mən medal alıb-almamağımdan aslı olmayaraq, bu məsələnin reallaşmasına müsbət yanaşıram. Cümhuriyyət dövründə nazirlikdən tutmuş müxtəlif ranqlı məmurlara qədər hər kəsin özünəməxsus xidmətləri olub.  Eyni zamanda,  Məhəmməd Əmin Rəsulzadənin də böyük xidmətləri olub. Onun tarixi fəaliyyəti heç vaxt, heç bir yerdə inkar oluna bilməz. Qeyd etmək istəyirəm ki, Cümhuriyyət dövrü Rəsulzadəylə bitmir. İndiki Müsavat Partiyası iddia edir ki, bunlar o dövr Müsavatın varisləridir. Ümumiyyətlə demək istəyirəm ki, bu Müsavatla o Müsavat arasında heç bir tarixi, siyasi, ideoloji bağlılıq yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Deməli biz tariximizi yaşatmalı, tarixi şəxsiyyətlərimizin abidələrinin ucaldılması üçün işlər görməliyik”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz:


“Biz əslində zamanla məsələnin qaldırılması üçün səy göstərmişik. Ümumiyyətlə,  tək Məhəmməd Əmin Rəsulzadə deyil, Cümhuriyyətin yaradılmasında səy göstərmiş şəxsiyyətlərin - Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Zərdabinin və digərlərinin də abidələri ucaldılmalıdı. Zərdabi Cümhuriyyətin yaradıcısı olmasa da, bu fikrin əsasını qoyan şəxs olub. Bu şəxsiyyətlərin hamısının adlarının əbədiləşdirilməsi lazımdır. Sadəcə, heykəl ucaltmaq deyil, adları yararsız olan neçə-neçə küçələrimiz var ki, onlara Rəsulzadə və digər cümhuriyyətçilərin adları verilsə, daha yaxşı olar. Biz, siz və digər media qurumlarının da vəzifəsi bu kimi məsələləri işıqlandırmaqdır”.

 “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:

“Çox yaxşı haldır ki, Cümhuriyyət rəhbərlərinin irsinə, xatirəsinə hörmət dövlət siyasəti səviyyəsində aparılır. Yəni 20-30 əvvəl bu ictimai səviyyədə, müəyyən siyasi təşkilatların tərəfində aparılırdısa, bu gün Cümhuriyyətin tarixinin yaşadılması dövlət siyasəti səviyyəsində aparılır. Dövlət siyasəti səviyyəsində aparılması dedikdə medalların verilməsindən tutmuş, Cümhuriyyət qurucularının abidlərinin ucaldılmasına qədər hər şeyi nəzərdə tuturam. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadəyə şəhərimizdə abidə ucaldılması çox önəmli məsələdir. Mən düşünürəm ki, abidələrin ucaldılması məsələsi də çox yaxın zamanlarda öz həllini tapacaq. Bu bizdən aslı bir şey deyil, lakin biz media qurumları olaraq məsələnin reallaşması üçün yazılarımızda və çıxışlarımızda bunu xüsusi vurğulamalıyıq. Və mən əminəm ki, cənab Prezidentimiz İlham Əliyev bu məsələnin gerçəkləşməsinə xüsusi diqqət ayıracaq”.


“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

“Cümhuriyyətin 100 illiyi yüksək səviyyədə qeyd olundu. Əslində 2018-ci ilin respublikamızda “Cümhuriyyət ili” kimi qeyd edilməsi Cümhuriyyətin qurucularının şərəfinə keçirilmiş yüksək səviyyəli tədbirlərdən biri idi. Bu baxımdan düşünürəm ki, Cümhuriyyət qurucularının xatirələrinin əbədiləşdirilməsi layiqincə yerinə yetirilir. O ki, qaldı Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə abidənin ucaldılmasına, düşünürəm ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaq”.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hacıqabulda qaz kəmərində baş verən yanğın söndürülüb 8 Avqust 2020, 00:52 Ermənilər Holokost qurbanlarının xatirəsinə ucaldılan abidəni təhqir etdi 8 Avqust 2020, 00:36 Bu gündən 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək 8 Avqust 2020, 00:17 Xəstəxanadan əkizlərdən birinin oğurlanması iddiasına CAVAB 8 Avqust 2020, 00:06 “Sarqsyan canını qurtarmaq üçün çürük saman çöpündən yapışır” - Vaqif Dərgahlı 7 Avqust 2020, 23:54 Xarici İşlər naziri Ceyhun Bayramovun ilk müsahibəsi - VİDEO 7 Avqust 2020, 23:37 Tovuzda qadın bıçaqlandı 7 Avqust 2020, 23:18 SOCAR-dan partlayış baş verən qaz kəməri ilə bağlı AÇIQLAMA 7 Avqust 2020, 23:04 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:49 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28