Modern.az

Bu gecə ilin ikinci Ay tutulması olacaq

Bu gecə ilin ikinci Ay tutulması olacaq

16 İyul 2019, 23:52

Bu gecə ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Məlumata görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimum həddə olacaq və saat 02:59-da başa çatacaq.

Qeyd edək ki, Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir