Modern.az

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib  

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib  

Aktual

17 İyul 2019, 19:04

İyulun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

BFB-dən Modern.az-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 33 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975169,000 AZN olub.

 

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar avqustun 14-də ödəniləcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır