Prezident İlham Əliyev “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında qanun imzalayıb.
Modern.az xəbər verir ki, qanunda qeyd edilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 2013-cü il 9 dekabr tarixində düzəliş edilmiş “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulsun".