Arxiv
24 İyul 2019, 10:55 | AKTUAL
Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində  Rusiya Dövlət Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərginin açılışı olacaq.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Rusiya Dövlət Tretyakov Qalereyası, Rus ikonası Muzeyinin təşkilatçılığı, İmperator Pravoslav Fələstin Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq sərgi mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, eyni zamanda milli bədii irsin gözəlliyini və unikallığını çatdırmağa imkan verən mədəni dialoqa da öz töhfəsini verəcək. 

 

“Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən XVIII – XX əsrin əvvəllərinə aid abidələr” adlı sərgidə izləyicilərə  100-dən çox əsər - ikonalar, heykəltəraşlıq nümunələri, Pasxa yumurtaları təqdim ediləcək. 

Sərgilənəcək əsərlər rus ikona sənətinin son dövrlərinə aiddir. Həmin vaxtların əsərləri xüsusi dəbdəbəliyi ilə seçilir: qızıl işləmələrə üstünlük verilir və detallar incəliklə işlənirdi. Sərginin eksponatları bu sahənin əsas regionları - Moskva, Tver, Povoljye, Vladimir vilayətinin Palex və Mstera kəndlərini, Ural regionundakı qədim Nevyansk şəhərini əhatə edir.

 

Ekspozisiyada Rusiya Dövlət Tretyakov Qalereyasından 14 tarixi abidə, layihənin əsas təşkilatçılarından olan Rus ikonası Muzeyindən isə 86 ikona, eləcə də Pasxa yumurta nümunələri təqdim ediləcək.

Sərginin seçilən eksponatları sırasında XIX əsrin son iki on illiyində - XX əsrin əvvəlində Moskvada öz emalatxanalarını yaradan və yeni paytaxt üslubunun yaradıcılarından olan Mstera ikona sənətinin görkəmli nümayəndələrinin əsərləri də yer alacaq. 

 

Ənənəvi metal üzərində oyma texnikası ilə hazırlanmış çekankalar, emalla, mirvari və digər qiymətli daşlarla bəzədilmiş çərçivələr, eləcə də modern epoxasında yaradılan  çərçivələr ziyarətçilərin marağına səbəb olacaq. 

 

Beləliklə, ziyarətçilər XVIII–XX əsrin əvvəllərində yeni dövrün ən yaxşı ustaları  tərəfindən yaradılan, XV-XVI əsrlərin zəngin təcrübəsini əks etdirən ikona sənətinin parlaq nümunələri vasitəsi ilə unikal rus bədii mədəniyyətinin zənginliyi ilə tanış olmaq imkanı qazanacaqlar.

 

Qeyd edək ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov qalereyasından və Rus ikonası Muzeyindən XVIII-XX əsrin əvvəllərinə aid abidələr” layihəsi Şərqdə ilk dəfə Bakıda təşkil olunur. 

 

Sərgi Heydər Əliyev Mərkəzində dekabrın 15-dək davam edəcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21 Oğuz rayonunda baş vermiş yanğın söndürülüb 26 Yanvar 2020, 18:57 Əhliman Əmiraslanov seçiciləri ilə görüş keçirib 26 Yanvar 2020, 18:48 Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ 26 Yanvar 2020, 18:33 Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib 26 Yanvar 2020, 18:17 Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR 26 Yanvar 2020, 17:57 “Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM  26 Yanvar 2020, 17:48 Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 17:33 Türkiyədə zəlzələ qurbanlarının sayı 36-ya çatdı 26 Yanvar 2020, 17:18 Zəlzələ bölgəsindən çıxarılan tələbələr Bakıda - FOTOLAR 26 Yanvar 2020, 17:01 Daha bir aviaşirkət Çinə reysləri təxirə saldı 26 Yanvar 2020, 16:51 Əfqanıstanda toyda partlayış törədildi 26 Yanvar 2020, 16:38 MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ 26 Yanvar 2020, 16:17 Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR 26 Yanvar 2020, 16:08 Təxliyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salındı 26 Yanvar 2020, 16:01
SORĞU Yeni parlamentdə kimlər olsun?