Modern.az

Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi

Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi

24 İyul 2019, 11:35

2019-cu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən 450 vətəndaş (o cümlədən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu  сədvəli əsasında bölgələrdə keçirilən qəbullar zamanı 276 nəfərin və Nazirliyin inzibati binasında 174 nəfərin) fərdi qaydada qəbul edilib.

 

Modern.az xəbər verir ki, yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri və Aparat rəhbəri tərəfindən isə 337 vətəndaşın qəbulu həyata keçirilib.

 

Eyni zamanda, bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı qəbula yazılmayan, lakin qəbula gələn 232 vətəndaş da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib.

 

Cari ilin 6 ayında nazirliyin inzibati binasındakı qəbul otağına müraciət edənlərin sayı 14421 nəfər təşkil edib. Nazirliyin 142 - Çağrı mərkəzi tərəfindən isə 127 253 vətəndaş müraciəti cavablandırılıb.

 

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir