Arxiv
1 Avqust 2019, 13:24 | ÖLKƏ
Prezident küçə işıqlandırılmasından narazı qaldı - Qurumlar isə məsuliyyəti üzərindən atır

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə küçələrin işıqlandırılmasının hələ də lazımi səviyyədə olmadığını bildirib.

 

Dövlət başçısı deyib ki, bu məsələyə ciddi diqqət göstərilməlidir:

“Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Modern.az-a bildirib ki, bütün abonentlər kimi, adıçəkilən qurum da lazımi səviyyədə enerji ilə təmin edilir:

“Biz abonentlərə normativlərə uyğun 24 saat, fasiləsiz enerji veririk. Kim ondan hansı şəkildə istifadə edir, yaxud etmir bunu deyə bilmərik. Çünki küçələrin işıqlandırılması “Azərişıq”ASC-nin səlahiyyətinə daxil deyil. Biz yalnız Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin enerji ilə təminatına cavabdehik. Küçələrin işıqlandırılması onların səlahiyyətindədir”.

 

Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin direktoru Təyyar Abdullayev də öz növbəsində Modern.az-a deyib ki, işıq dirəklərinin quraşdırılması təmsil etdiyi qurumun səlahiyyətində deyil:

“Biz işıq dirəklərinin istismarı ilə məşğuluq. İşıq dirəklərinin quraşdırılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Nizamnaməyə görə, bizim işıq dirəyi quraşdırmaq səlahiyyətimiz yoxdur. Biz yalnız təhvil aldığımız işıq dirəklərinin işıqlandırıması ilə məşğuluq. İşıq dirəyi yoxdursa, biz necə işıqlandıraq? Eldar Əzizovun göstərişilə Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Komissiya yaradılıb. İşıq sistemi olan bütün küçələr işıqlandırılır. Prezident də öz çıxışında bildirdi ki, bəzi yerlərdə işıq dirəkləri yoxdur. Əgər dirəyi olduğu halda, işıqları yandırmasaq biz günahkar olardıq.  Belə çıxır ki, dövlət bizə pul ayırır, amma yandırmırıq? Bu, heç vaxt ola bilməz. Bizə göstəriş olmadan dirəkləri balansımıza qəbul etmirik. Küçədəki işıq dirəklərində lampa xarab olubsa, biz ona cavabdehik, dirəyin qurşadırılması işi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məşğuldur”.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-a deyib ki, yolun əsaslı təmiri zamanı işlər layihəyə uyğun həyata keçirilir:

“Yenidənqurma həyata keçirilərkən, əgər layihə üzrə həmin yolda işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulubsa , quraşdırılır. Yox, əgər nəzərdə tutulmayıbsa, qurşadırılmır. Dirəklər quraşdırıldıqdan sonra istismar olunmaq üçün aidiyyatı üzrə təhvil verilir”.

 

A.Nəcəfli deyib ki, Agentlik sırf  Bakıda yolun hərəkət hissəsinin işıqlandırılmasına cavabdehdir:

“Mövcud qanunvericiliyə uyğun olaraq, AAYDA yolun kənarları, səki hissələri, orada yerləşən işıq dirəkləri və digər əhəmiyyətli kommunikasiyalara cavabdeh deyil. Biz yolun təmiri zamanı asfalt örtüyünü təmir edirik. Əgər ərazidə işıqlandırma yoxdursa, asfalt örütüyünün təmiri zamanı orada işıq dirəyi quraşdıra bilmərik. Bu, bizim səlahiyyətimizdə deyil. Yolun kənarında quraşdırılan işıq dirəkləri həmin rayon üzrə İcra Hakimiyyətlərinin cavabdehliyindədir. Biz yeni yollar inşa etdikcə işıqlandırma sistemini də quraşdırırıq. Amma mövcud yolların təmiri zamanı işıq dirəklərini quraşdırmaq, kommunikasiya xətləri çəkmək ixtiyarımız yoxdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampdan İrana növbəti hədə 22 Oktyabr 2019, 00:51 Putin Makronla Suriyadakı vəziyyəti müzakirə etdi 22 Oktyabr 2019, 00:30 Röya “Xalq artisti” fəxri adı almasından DANIŞDI 22 Oktyabr 2019, 00:14 Göygöldə ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 23:59 Jurnalist Putinin müşaviri oldu 21 Oktyabr 2019, 23:42 Heydər Əliyev Fondu azərbaycanlıları sevindirdi - FOTO 21 Oktyabr 2019, 23:27 Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO 21 Oktyabr 2019, 23:15 Prezidentdən Universitetə yubiley təbriki 21 Oktyabr 2019, 22:57 Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi 21 Oktyabr 2019, 22:42 "Traktor" qələbə qazanaraq liderlə xallarını bərabərləşdirdi 21 Oktyabr 2019, 22:24 Pakistan prezidenti bu həftə Bakıya gələcək 21 Oktyabr 2019, 22:06 Terrorçular fəhlələri atəşə tutdu 21 Oktyabr 2019, 21:53 Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?.. 21 Oktyabr 2019, 21:44 90 sahibkarlıq subyektinə 7,2 milyon manat ixrac təşviqi ödənilib 21 Oktyabr 2019, 21:29 Prezident Hacıbala Abutalıbova: “Hesab edirəm ki, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da sizin nümunənizi təkrar edəcəklər” - YENİLƏNİB 21 Oktyabr 2019, 21:14 İran da Türkiyəyə qarşı çıxır 21 Oktyabr 2019, 21:13 Baş Nazirə qarşı homoseksual zorakılıq İTTİHAMI 21 Oktyabr 2019, 20:58 Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB 21 Oktyabr 2019, 20:47 Vitse-prezident Azərbaycana gəlir 21 Oktyabr 2019, 20:30 Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü 21 Oktyabr 2019, 20:17 Bu ölkədə milyarderlərin sayı il ərzində 50 faiz artıb 21 Oktyabr 2019, 20:06 Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu? 21 Oktyabr 2019, 20:00 Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq 21 Oktyabr 2019, 19:49 "Heç bir pataloji hal aşkar edilməyib" - DİN rəsmisindən Tofiq Yaqublu AÇIQLAMASI 21 Oktyabr 2019, 19:40 UNEC-də “Elm həftəsi”nə start verilib - FOTO 21 Oktyabr 2019, 19:31 ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI 21 Oktyabr 2019, 19:22 İstanbul Konvensiyasının imzalanmasına dair təkliflər paketi hökumətə təqdim olunub - Dövlət Komitəsi 21 Oktyabr 2019, 19:13 Mübariz İbrahimovu təhqir edən  psixoloqa cəza istənilib - 3 il 21 Oktyabr 2019, 19:04 “Qarabağ” - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı 21 Oktyabr 2019, 18:55 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO 21 Oktyabr 2019, 18:46 XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirdi 21 Oktyabr 2019, 18:37 Qeydiyyatda olan narkomanların sayı AÇIQLANDI 21 Oktyabr 2019, 18:28 Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO 21 Oktyabr 2019, 18:19 AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı 21 Oktyabr 2019, 18:10 Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm” 21 Oktyabr 2019, 18:03