Modern.az

Rusiya sülhməramlıları bölgədə yerləşsəydi, Lələtəpəni azad edə bilərdikmi?” - Politoloq

“Rusiya sülhməramlıları bölgədə yerləşsəydi, Lələtəpəni azad edə bilərdikmi?” - Politoloq

8 Avqust 2019, 13:36

2008-ci ilin avqust  ayının 8- də Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında müharibə baş vermişdi. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq tarixə düşdü.

 

Modern.az xəbər verir ki,  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  Rusiya- Gürcüstan müharibəsindən danışarkən bunları bildirib:

“Rusiya-Gürcüstan müharibəsindən 11 il keçdi. “İlk atəşi kim açdı” sualı hələ də tərəflər arasında mübahisə predmetidir. Rusiya Gürcüstanı, Gürcüstan Rusiyanı ittiham edir. Rusiyanın iddiası odur ki, Gürcüstan ordusu Rusiyanın Cənubi Osetiyadakı sülhməramlılarına hücum edib. Rusiya bu bəhanə ilə ordusunu hərəkətə gətirdi, tankları Tiflisə istiqamətləndi. Avropa ölkələri, o cümlədən Fransanın fəal vasitəçiliyi ilə müharibə dayandırıldı. Buna baxmayaraq, nəticə Gürcüstanın zərərinə oldu, Rusiya Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi ”.

 

Politoloq Rusiya sülhməramlılarının Qarabağda münaqişə bölgəsinə yerləşdirilməsinin böyük problem açacağını da söyləyib:

“2008-ci il müharibəsinin başlanma səbəbi və inkişafı “Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşdirilə bilərmi” sualına cavabı da tam çılpaqlığı ilə ortaya qoyur. Biz də Gürcüstan ordusu kimi Dağlıq Qarabağda hansısa hissəni azad etmək istəsəydik Rusiya “sülhməramlılarımıza atəş açıldı” deyib Dağlıq Qarabağın işğalını rəsmiləşdirəcəkdi. Bir anlığa təsəvvür edin ki, Rusiya sülhməramlıları bölgədə yerləşsəydi biz Lələtəpəni azad edə bilərdikmi? Ona görə də münaqişənin həllinin istənilən mərhələsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə icazə vermək olmaz. Onlar buralara gəlsələr, bir daha çıxmayacaq və illər uzunu başımıza dərd olacaqlar”.

 

Jalə MEHDİ

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?