Modern.az

Yeni tələbələrin ali məktəblərdə qeydiyyatı başladı - SƏNƏDLƏR

Yeni tələbələrin ali məktəblərdə qeydiyyatı başladı - SƏNƏDLƏR

Təhsil

15 Avqust 2019, 08:28

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan yeni tələbələr bu gündən  (şənbə, bazar günləri istisna olmaqla) qeydiyyatdan keçməlidirlər.

Modern.az xəbər verir ki, tələbələr 2019-cu il avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Qeydiyyat üçün lazım olan sənədlər:

1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;
2. 4 foto (ölçü 3x4sm);
3. Tibbi arayış (sağlamlıq haqqında);
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);
5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;
6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);
7. Ağ qovluq (Sənədlər üçün).
8. Məcburi köçkün vəsiqəsi.


Qeyd 1: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qeyd 2: Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Qeyd 3: Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (facebook səhifələrindən həmçinin) əldə edə bilərsiniz.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı