Arxiv
17 Avqust 2019, 10:31 | AKTUAL
Polis dövlətin ən etibarlı dayağıdır

“Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”.

 

Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bu fikirləri son zamanlar radikal müxalifətin və müxtəlif şəxslərin Azərbaycan polisi haqqında həqiqətə uyğun olmayan qərəzli, subyektiv  mülahizələrə əsaslanan  böhtanla dolu məlumatlar yayan xəyanətkarlara münasibət bildirərkən səsləndirdi.

 


Deputat dedi ki, polisin fəaliyyətinə kölgə salmaq istəyənlər və ­onları cəmiyyətin gözündə aşağılamaq istəyənlər ölkədə bu yolla qarşıdurma yaratmaq istəyirlər. Ancaq unudurlar ki, ictimai təhlükəsizlik bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələdir. Bunun da aparıcı qüvvəsi polisdir. Ona görə də polisi gözdən salmağa cəhd edənlər, necə deyərlər, öz oturduqları budağı kəsənlərdir: “İnkişaf etmiş dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir. Hüquqi, demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşdirilməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir. Daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə polis peşəsi çətin və şərəfli olaraq qalır. Ölkəmizdə də belədir. Dövlət başçımızın düşünülmüş siyasi kursu nəticəsində respublikamızda siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün tədbirlərdən istifadə edilir. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır”.

 


Polisə böhtan atanlar, onun gərgin zəhmətini qiymətləndirməyi bacarmayanlar və ya bilərəkdən onu ləkələməyə çalışanlar  ölkəmizin inkişafını, əmin-amanlığı gözü götürməyənlərin təsiri altında olanlardır: “Polis haqqında” Qanunda da vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Belə şərəfli peşə sahiblərinə böhtan atmaq, onları cəmiyyətin gözündən salmaq nankorluqdur”.

 


Ç.Qənizadə son illər ölkəmizdə keçirilən mühüm əhəmiyyətli tədbirlərin – mədəniyyətlər və sivilizasiyalararası dialoqların, humanitar forumların, “Eurovision–2012” musiqi yarışmasının,  I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula–1” yarışmasının və digər kampaniyaların insidentsiz başa çatdığını xatırlatdı. Dedi ki, bu tədbirlər zamanı hər bir iştirakçının, qonaqların, turistlərin, idmançıların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında polis əməkdaşlarının rolu xüsusi qeyd edilməlidir: “Bütün bunları qiymətləndirmək, polisə minnətdar olmaq əvəzinə, kimlərinsə diktəsi ilə bu, çətin peşə sahiblərinə böhtan atmaq, onların  gərgin əməyinin üstündən xətt çəkmək millətimizə xas olmayan xüsusiyyətdir. Bunu düşmənlərimiz etsə, onları qınamarıq. Çünki Azərbaycanın bütün sahələrdə uğurları düşmənlərimizin ürəyinə ox kimi sancılır. Əslində, polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. 
Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Ancaq unutmamalıyıq ki, polis  ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Ona görə də hər birimiz polisə arxa-dayaq olmalıyıq. Çünki polis də dövlətin arxa- dayağıdır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07