Modern.az

ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər

ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər

Aktual

17 Avqust 2019, 16:59

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.

 

Buna səbəb İsrail hökumətinin Nümayəndələr Palatasının demokrat üzvləri, əslən Somalidən olan İlhan Ömər və əslən Fələstindən olan Rəşidə Tlaib üçün ölkəyə girişi qadağan etməsidir.

Halbuki bundan əvvəl İsrail səfiri Konqresə və iki ölkə arasında böyük birliyə ehtiram xatirinə ABŞ millət vəkillərinin heç birisinə ölkəyə girişlə bağlı əngəl yaratmayacaqlarını Nümayəndələr Palatasındakı demokrat çoxluğunun lideri Stan Hoyerə bildirmişdi.

 

Konqres üzvləri, həmçinin İsrailin belə bir addım atmasında ABŞ-ın bu ölkədəki səfiri David Fridmanın iştirakının olub-olmaması barədə yoxlama aparmaq ehtimalını da araşdırırlar.

“Report”xatırladır ki, avqustun 15-də İsrail hökuməti yuxarıda adı çəkilən Konqres üzvlərinin ölkəyə girişini qadağan etmişdi. Hər ikisi İsrailin siyasətini kəskin tənqid edərək bu ölkəyə qarşı beynəlxalq boykot tədbirlərini dəstəkləməklə ad çıxarıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər