Arxiv
18 Avqust 2019, 22:03 | HADİSƏ
İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ 

Tanınmış vəkil Adil İsmayılov keçmiş daxili işlər naziri (16 may 1992 - 16 aprel 1993) İsgəndər Həmidovun məhkəmə işi ilə bağlı maraqlı məlumat açıqlayıb.  

 

(Yazının əvvəli BURADA)



Modern.az Adil İsmayılovun yazısının ardını təqdim edir:


- Süni yaranmış fasilədə mənə çoxlu sayda, müxtəlif səviyyələrdə zənglər oldu. Hamı bir şey, mənim bu gün çıxış etməyıimi xahiş edirdi, hamıya da eyni cavab verirdim bu qanunsuzdur və çıxış etsəm, özümə olan hörmətimi itirərəm. Fasilədən qayıdan hakim Mənsur İbayev yenidən çıxış etmək üçün mənə söz verdi. Hazırlaşmaq üçün vaxt istədim, çünki vəziyyətin gərginləşməsi göz qabağında idi. Hakimin "nə qədər" sualına "1 həftə" cavabını verdim.

M.İbayev yenidən fasilə elan etdi, məni çağırdı. Dedi ki, "bir həftə çoxdur, heç olmasa sabah çıxış et, yoxsa özümə də, ona da problem yaşadacam". Bu sözlərdən sonra razılaşdıq ki, mənə çıxışa hazırlaşmaq üçün iki gün vaxt verir. Zala qayıdanda İbayev iki gün fasilə elan etdi.

İki gün sonra mən prosesdə çıxış etdim. Çıxışa belə başladım: “Hörmətli məhkəmə, hörmətli proses iştirakçıları, mən iki günlük fasilə zamanı nə çıxış edəcəyimi çox götür-qoy etdim. Belə qərara gəldim ki, sizə lətifə danışım, hər şey aydın olsun və indi hüquqşünasların çoxuna tanış olan bu lətifəni birinci dəfə danışdım.


“İki vəkil oturub yeyib-icirlər və alpinist barədə videofilmə baxırlar. Biri o birinə deyir ki, 100 dollardan (əvvəl manat yazacaqdım, sonra yadıma düşdü ki, o vaxt manat çox ucuz idi) mərc gələk, mən deyirəm ki, alpinist zirvəyə cıxacaq, o biri mərcə razılaşır və deyir ki, cıxmayacaq. Filmin sonunda alpinist zirvəyə çıxhaçıxda əli boşa çıxır və yıxılır. Mərc təklif edən vəkil 100 dolları həmkarına vermək istəyəndə həmkarı gülür və pulu götürmək istəmir. Deyir ki, o bu filmə bir gün əvvəl baxdığından sonunu bilirmiş. Uduzan vəkil əl çəkmir, uduzduğu pulu verməyə israr edir və deyir ki, o da bu filmə baxıb, amma ümid edirmiş ki, alpinist bu gün zirvəni fəth edəcək” ...


Zala bir sükut çökdü və mən çıxışımı belə tamamladım: - Hörmətli məhkəmə, mən bu iş üzrə nəticənin necə olacağını başa düşürəm, amma ümid edirəm ki, alpinist sizin köməyinizlə zirvəyə çıxacaq.

Məhkəmə İskəndər Həmidova 14 il azadlıqdan məhrumetmə cəzası verdi və alpinist zirvəyə çıxmadı. Bu lətifəni sonrakı illərdə bir neçə dəfə təkrarlamağa məcbur olmuşam.


Burda həmin işlə bağlı bir xatirəmi də sizinlə bölüşüm. Həmidovun işi üzrə istintaq bitəndə, onun işini aparan müstəntiqlə maraqlı, mən deyərdim ki, ibrətamiz dialoqları oldu. Müstəntiq dedi ki, "bəy, sənin əməlində ümumiyyətlə cinayət tərkibi yoxdu. Amma mən özüm bilə-bilə sənə ən ağır maddələr vermişəm. Çünki yüngül maddə versəm, məhkəmə sənə 3-5 il iş verəcək. Ağır maddə ilə isə heç bir məhkəmə hökm çaxarmaz, sənə bəraət verəcəklər". İ
sgəndər də qayıdıb dedi ki, "Vahid, səni kimi bir.... məhkəmədə olacaq və mənə sənin verdiyin maddələrlə ən ağır cəza verəcək". Həyat onun haqlı olduğunu göstərdi. Arada bu dialoqun məzmununu iştirak etdiyim proseslərdə müstəntiqlərə və hakimlərə danışıram.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı 18 Fevral 2020, 22:44 Rusiya Çin vətəndaşlarını ölkəyə buraxmayacaq – RƏSMİ 18 Fevral 2020, 22:31 Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub 18 Fevral 2020, 22:18 Prezident parkinqlərdən danışdı - VİDEO 18 Fevral 2020, 22:01 Abşeronda üç avtomobil toqquşdu 18 Fevral 2020, 21:44 Dünya Bankının Azərbaycanda məhkəmə islahatlarına dəstək verəcək 18 Fevral 2020, 21:23 “Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi 18 Fevral 2020, 21:06 Prezidentin köməkçisi vəzifəsindən azad edildi 18 Fevral 2020, 20:49 Türkiyədə yenidən güclü zəlzələ oldu 18 Fevral 2020, 20:35 Türkiyə-Azərbaycan matçının yeri və vaxtı açıqlandı 18 Fevral 2020, 20:18 Turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq 18 Fevral 2020, 20:03 Baldızını öldürüb, arvadını bıçaqlayan şəxsə hökm oxunub 18 Fevral 2020, 19:56 Gürcüstandan Rusiyaya gedən yeganə yol yenidən bağlandı 18 Fevral 2020, 19:51 Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib 18 Fevral 2020, 19:37 Bəxtiyar Hacıyevdən “Pirr qələbəsi” – 6 məntəqədə nəticələr ləğv edildi 18 Fevral 2020, 19:30 Azərbaycan neftinin qiyməti dəyişdi 18 Fevral 2020, 19:17 MSK: “Videogörüntülərdən görünür ki, orada ən sakit davranan polisdir” 18 Fevral 2020, 19:00 Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib 18 Fevral 2020, 18:53 9 saylı Binəqədi seçki dairəsində 2 məntəqədə seçki nəticələri ləğv olundu 18 Fevral 2020, 18:40 Şamaxıda zəlzələ olub 18 Fevral 2020, 18:27 MSK 3 dairədən daxil olan şikayətləri geri qaytarıb 18 Fevral 2020, 18:23 Ukrayna parlamentində Xocalı soyqırımı müzakirə olunacaq 18 Fevral 2020, 18:17 Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO 18 Fevral 2020, 18:00 Meşədə əl qumbaraları və partladıcılar tapılıb 18 Fevral 2020, 17:53 32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu 18 Fevral 2020, 17:47 MSK katibi əsəbləşdi: “Bu Xalq Cəbhəsinin iclası deyil” 18 Fevral 2020, 17:40 Prezident Gədəbəylə bağlı sərəncam imzaladı 18 Fevral 2020, 17:33 İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq 18 Fevral 2020, 17:28 Məzahir Pənahov: “Müşahidəçilər və KİV nümayəndələri komissiyanın fəaliyyətinə mane olublar” 18 Fevral 2020, 17:22 “Qaçqınkom” Buzovnadakı yanğınla bağlı məlumat yaydı 18 Fevral 2020, 17:16 Bu dairənin nəticələri ləğv oluna bilər - Məzahir Pənahovdan EYHAM 18 Fevral 2020, 17:11 Baş Prokuror Kamran Əliyevə yeni müavin təyin etdi 18 Fevral 2020, 17:04 Razi Nurullayevin qalib olduğu dairədə seçkilər yenidən keçiriləcək? 18 Fevral 2020, 17:00 Zakir Qaralov idarə rəisi təyin etdi 18 Fevral 2020, 16:58 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 18 Fevral 2020, 16:52