Arxiv
21 Avqust 2019, 17:10 | AKTUAL
Meşə yanğınlarının əsas səbəbi AÇIQLANDI

Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

“Hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur.

 

Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən  çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.

Azərbaycan təbiətinin gözəlliyi haqqında danışmaq, əlavə bir söz demək düşünürəm ki yersizdir. Çünki bu barədə çox danışılıb və bu gün də danışılır. Biz çox böyük qürurla təbiətə “ana təbiət” deyirik amma çox təəssüf ki “ana” dediyimiz təbiəti ana məhəbbəti ilə sevmirik.

 

Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq.

Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərdə yerləşir. Nəzərə alaq ki, Hirkan milli parkı UNESCO-nun irs siyahısına nominasiyadadır. Yəni bu, dünyanın inciləri siyahısındadır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli park, yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhəddindən başlanır. Yanğın ola bilər insanın ehtiyatsızlıqı səbəbindən, yaxud  da bilərəkdən olub, fərq etmir, yəni nəticə heç nəyi dəyişmir, dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir. Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan təbiət sahəsində işləyən bir şəxs kimi ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınmasını da vacib sayıram. Çox diqqətli olmaq lazımdır. Xüsusən regionlarda yaşayan, təbiətlə birbaşa ünsiyyətdə olan şəxslər çox ehtiyatlı olmalıdır. Onların bir balaca səhlənkar hərəkəti təbiətə qiyməti ölçülməyən dərəcədə ziyan vurur. Biz bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kolleclərə tələbə qəbulu elan edildi 21 Fevral 2020, 10:25 Koronavirus əlehinə peyvənd test olunamağa başlayır 21 Fevral 2020, 10:19 DTX Neftçala Mərkəzi Rayon  Xəstəxanasının baş həkimini saxladı - FOTO 21 Fevral 2020, 10:14 Nazirlik Xəzəri ən çox çirkləndirən rayonun adını AÇIQLADI 21 Fevral 2020, 10:08 Ağdaşda heroin satan şəxslər tutuldu 21 Fevral 2020, 10:02 Azərbaycanda qızlar da, oğlanlar da evlənməyə GECİKİR 21 Fevral 2020, 09:58 Ağdamda itkin düşən qadın tapıldı 21 Fevral 2020, 09:52 Qonaq gedən qadın və kişi hamamda çimərkən öldülər 21 Fevral 2020, 09:46 Bakıda itkin düşmüş 5 nəfər tapıldı - RƏSMİ 21 Fevral 2020, 09:40 Koronavirusa görə yoxlanılan tələbələrin analizlərinin cavabı mənfidir - RƏSMİ 21 Fevral 2020, 09:34 Toyunu təxirə salan gənc həkimin ölümü çinlilərin kədərinə səbəb oldu 21 Fevral 2020, 09:28 Ağdaşda heroin alverçisi saxlanıldı 21 Fevral 2020, 09:22 Erməni snayperləri mövqelərimizi atəşə tutdu 21 Fevral 2020, 09:15 İlham Əliyevin şərəfinə Romada ziyafət verildi - FOTO 21 Fevral 2020, 09:09 İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürülüb 21 Fevral 2020, 09:04 Neftdən bal da hazırlanırmış - Azərbaycan neftinin sirrləri 21 Fevral 2020, 08:59 Çində koronavirusdan ölənlərin sayı daha da artdı 21 Fevral 2020, 08:54 UEFA Avropa Liqası: “Sevilya”, “Ayaks”, “Porto” məğlub oldular 21 Fevral 2020, 08:49 Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47 Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39