Arxiv
21 Avqust 2019, 17:47 | AKTUAL
“Sığortalı gələcək” proqramına start verilib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Könüllülük Məktəbi” çərçivəsində “Sığortalı gələcək” adlı təşviqat proqramı hazırlanıb.

 

Proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərəcək könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur.

 

21 avqust 2019-cu il tarixində adıçəkilən layihənin açılış mərasimi baş tutub. Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov könüllülərlə tanış olub. Müasir dövrdə sığorta sektorunun qlobal maliyyə bazarlarında önəmli yer tutmasını qeyd edən İ.Alışov könüllülərə ölkəmizin sığorta bazarı barədə məlumat vermiş, layihənin əhəmiyyətini vurğulayaraq proqram iştirakçılarına uğurlar arzulamış və bu layihədə iştirakın onların gələcək peşəkar fəaliyyətləri istiqamətində uğurlu addım olduğunu bildirmişdir.

Görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev də bu layihə ilə bağlı öz fikirlərini bölüşüb, ASAN könüllülərinin ölkədə gedən icitmai-siyasi proseslərə daim dəstək olduğunu bildirib. C.Hacıyev sığorta sahəsi ilə bağlı əhalinin maarifləndirilməsində ASAN könüllülərinin rolunun önəmini vurğulayaraq onlara müvəffəqiyyətlər arzu edib.

 

Qeyd edək ki, proqramda iştirak etmək hüququ qazanmış könüllülər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil ediləcək 2 həftəlik təlim kursunda iştirak edəcək, sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcəklər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında müxtəlif sorğuların keçirilməsindən  ibarət olacaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49