Arxiv
21 Avqust 2019, 22:09 | AKTUAL
Alman alimlərindən yeni kəşf

Dəniz dərinliklərində məskunlaşan metanolipariya mikroorqanizmi xam nefti karbon qazına və metana ayırmaq xassəsinə malikdir.

Modern.az  xəbər verir ki, bu qənaətə alman alimləri gəliblər. İndi tədqiqatçılar bu kəşfdən istifadə edərək, əks prosesi – metanın neftə emal edilməsini həyata keçirmək niyyətindədirlər.

Maks Plank adına Elmi Tədqiqatlar Cəmiyyətinin (Almaniya) Dəniz Mikrobiologiyası İnstitutundan olan alimlər aşkar ediblər ki, dənizin dərinliklərində məskunlaşan metanolipariya (Methanoliparia) mikroorqanizmi bakteriyaların iştirakı olmadan xam nefti metan və karbon qazına parçalaya bilir.


Metanolipariya – arxey kimi tanınan qədim ibtidai birhüceyrəli orqanizmlərdən biridir. Arxeylərin mürəkkəb üzvi birləşmələrin parçalanmasında iştirak etməsi alimlərə daha əvvəl də məlum idi. Lakin indiyədək hesab olunurdu ki, bu proseslərdə bakteriyalar iştirak edir.

Mütəxəssislər Meksika körfəzinin 3 kilometr dərinliklərindən çöküntülərin nümunələrini toplayıblar. Həmin hissədə neftin və təbii qazın dəniz suyuna təbii halda sızması baş verir. Daha sonra onlar bu nümunələrdə mikroorqanizmləri, o cümlədən metanolipariyanı öyrəniblər. Təhlillər göstərib ki, metanolipariyanın ifraz etdiyi enzimlər xam nefti parçalayır, daha sonra digər enzimlərin köməyi ilə alınan sadə karbohidrogenləri metana emal edir.

Azərtac-ın məlumatına görə, tədqiqatçılar aşkar ediblər ki, metanolipariyaya dünyanın hər yerində olan dəniz neft yataqlarında rast gəlmək mümkündür. Həmçinin müəyyən edilib ki, neft yataqlarından xaricdə bu orqanizm məskunlaşmır. Bu səbəbdən alimlər hesab edirlər ki, metanolipariya neftin metana emal edilməsində əsas rol oynayır. Metan ən zərərli istixana qazlarından biridir. Alimlərin hesablamalarına görə, onun atmosferə tullantısının təsiri həmin miqdarda karbon qazının tullantısının təsirindən 25 dəfə güclüdür.

Hazırda tədqiqatçılar süni mühitdə metanolipariyanın ştammının alınması üzərində iş aparırlar. Əgər layihə uğurlu alınarsa, o zaman mikroorqanizmin daha ətraflı tədqiqatlarına və onun tətbiqinin potensial üsullarına başlanılacaq. Çox ümidverici hal isə əks sintez prosesinin kəşfi – metanın neftə çevrilməsi ola bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56 Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi 17 Fevral 2020, 00:37 Erməniyə qalib gələn Azərbaycan güləşçisi medal qazandı 17 Fevral 2020, 00:17 "Ermənilər dünyanın gözü qarşısında özlərini biabır etdilər" - Mübariz  Mənsimov 16 Fevral 2020, 23:53 Gənclər təlimlərə cəlb edildi 16 Fevral 2020, 23:36 Rusiyanın Türkiyədəki səfiri yenə ölümlə HƏDƏLƏNDİ 16 Fevral 2020, 23:18 Şəmkirdə ağır qəzada 3 nəfər öldü 16 Fevral 2020, 23:09 Turist təyyarəsi qəzaya uğradı 16 Fevral 2020, 22:51 AMEA zəlzələ barədə: "Təşviş yaratmağa ehtiyac yoxdur" 16 Fevral 2020, 22:34 Günəşlidə 32 yaşlı qadın bıçaqlandı 16 Fevral 2020, 22:14 Azərbaycanda yenə zəlzələ oldu 16 Fevral 2020, 22:00 “Ekologiya postu” sökülür - VİDEO 16 Fevral 2020, 21:48 Heydər Əliyev prospektində qəza: tıxac yaranıb 16 Fevral 2020, 21:33 "Neftçi" paytaxt derbisində "Keşlə"yə qalib gəldi 16 Fevral 2020, 21:19 Moldovada yaşayan gənc azərbaycanlıların I Forumu keçirilib - FOTO 16 Fevral 2020, 20:57 Rafael Ağayev növbəti qızıl medalını qazandı 16 Fevral 2020, 20:39 Elmar Məmmədyarov Belçikaya getdi 16 Fevral 2020, 20:18 Mətbuat Şurası icazəsiz aksiyada monitorinq aparıb 16 Fevral 2020, 20:04 Şamaxıda zəlzələ oldu 16 Fevral 2020, 17:54 Səbaildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı 16 Fevral 2020, 17:51 İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb 16 Fevral 2020, 17:45 Dövlət başçılarının MÜNHEN DEBATI: Erməni mətbuatı Paşinyanı göyərçinə bənzətdi 16 Fevral 2020, 17:38 Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb 16 Fevral 2020, 17:37 Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib 16 Fevral 2020, 17:30 Tayvanda koronavirusdan ilk ölüm hadisəsi baş verib 16 Fevral 2020, 17:26 Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır! 16 Fevral 2020, 17:21 Sınaq və buraxılış imtahanları keçirilib 16 Fevral 2020, 17:03 Bərdədə gənc oğlan dəm qazından zəhərlənərək öldü 16 Fevral 2020, 16:50 Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA 16 Fevral 2020, 16:42 YAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏT 16 Fevral 2020, 16:14 Məşhur “Survivor” bu gün başlayır - Yarışmaya ilk dəfə azərbaycanlı da qatılıb 16 Fevral 2020, 16:00 “İsgəndər Həmidov koma vəziyyətindədir” - AÇIQLAMA 16 Fevral 2020, 15:22 Mübariz Qurbanlı: “Məni dolaşdıra bilmədilər” - SÖHBƏT 16 Fevral 2020, 15:11 Azərbaycanlı və ruslar bazarda yer üstündə mübahisə etdi: 3 ölü, 1 yaralı 16 Fevral 2020, 14:52 Bakıda dünya kubokunun qalibi bəlli oldu - Fotolar 16 Fevral 2020, 14:48