Arxiv
23 Avqust 2019, 11:47 | AKTUAL
“Bütün dinlər zor və şiddətə yox deyir” - Bakıdan rəsmi BƏYANAT

Qafqaz Müsəlmanları İdarəsi nəzdindəki Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, bəyanatda deyilir: 

            
“Bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis etmişdir. İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik.

              
XXI əsrdə  dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmin olunması olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir. Biz insanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terror edilməsi kimi halar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər məkanlardakı dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.

           
 Biz  din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən, bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarınıın qurbanları kimi nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşmişdir.          

          
  Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər.

     
  Sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur. Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac vardır. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə vacibdir.

      
Bütün dinlər zor və şiddətə yox deyir. Biz, BBDSƏM-nin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sumqayıtda bu binalar söküləcək 19 Fevral 2020, 20:36 İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza 19 Fevral 2020, 20:22 Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi 19 Fevral 2020, 20:06 Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57